Ofis Meneceri

Best Soft

Компания
Best Soft
Город
Bakı
Формат работы
В офисе
Занятость
Полная занятость
Зарплата
500 AZN
Откликнуться до
29.11.2026

Namizədə tələblər:

  • Xanım namizəd, 23–35 yaş
  • Ali təhsil
  • Ofis proqramları ilə işləmək bacarığı (Word, Excel, Outlook, 1C və s.)
  • Azərbaycan və rus dillərini bilmək (ingilis dili arzuolunandır)
  • Sürətli öyrənmə qabiliyyəti, əməksevərlik, məsuliyyətlilik, punktuallıq və dürüstlük

Vəzifə öhdəlikləri:

  • Daxil olan zənglərin, korporativ elektron məktubların, veb-sayt və digər mənbələrdən daxil olan müraciətlərin qəbulu və qeydiyyatının aparılması
  • Kommersiya təkliflərinin, müqavilələrin, təhvil-təslim aktlarının, elektron qaimə-fakturaların və digər sənədlərin hazırlanması, uçotunun aparılması, göndərilməsi və qəbulunun təmin edilməsi
  • Ofisin zəruri ləvazimatlarla təmin edilməsi və təsərrüfat işlərinin təşkili (dəftərxana ləvazimatları, məişət və mətbəx ehtiyacları, təmir, təmizlik və digər işlər)
  • Ofisə gələn qonaqların qarşılanması, qonaqlara və rəhbərliyə çay və kofe təqdim edilməsi
  • Korporativ tədbirlərin, görüşlərin, təqdimatların, sərgilərin, korporativ bayramların və komanda quruculuğu tədbirlərinin təşkili
  • Açıq vakansiyalar üzrə namizədlərin axtarışı
  • Əməkdaşların iş vaxtının uçotunun aparılması
  • Daxili korporativ prosedurların və motivasiya sisteminin hazırlanmasında, dəyişdirilməsində və təkmilləşdirilməsində iştirak

İş şəraiti:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul
  • Şirkət hesabına nahar
  • Şirkət hesabına fitness-klub
  • Şirkət hesabına təlim və sertifikasiya imkanları
  • Korporativ tədbirlər
  • Mehriban və sıx əməkdaşlıq mühiti
  • Əmək haqqı: 500 AZN + bonus
  • İş qrafiki: həftənin 5 günü, saat 09:00–18:00

Навыки: Word, Excel, Outlook, 1C, Azərbaycan dili, Rus dili, İngilis dili, Sənəd dövriyyəsi, Elektron qaimə-faktura, İş vaxtı uçotu, Namizəd axtarışı, Tədbir təşkili