GLODEMIA şirkətlər, təhsil müəssisələri və digər təşkilatlarla strateji əməkdaşlıqlar quracaq, tələbələr üçün inkişaf imkanları yaradacaq və müxtəlif tədbirlərin təşkilini həyata keçirəcək Korporativ Tərəfdaşlıqlar və Tədbirlər üzrə Mütəxəssis axtarır.
İş rejimi: Tam iş günü
Vəzifə öhdəlikləri:
- Yerli və beynəlxalq şirkətlər, məktəblər, universitetlər, QHT-lər və digər təşkilatlarla əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi
- Korporativ tərəfdaşlıq təkliflərinin hazırlanması və danışıqların aparılması
- Şagirdlər üçün korporativ dəstəkli dərsdənkənar fəaliyyətlərin təşkili
- Karyera tanıtımı proqramlarının, şirkət ziyarətlərinin, mentorluq layihələrinin və təlimlərin koordinasiyası
- Liderlik proqramlarının, biznes yarışlarının, sahibkarlıq layihələrinin və sosial təşəbbüslərin təşkili
- Şagirdlərin universitet müraciətləri üçün faydalı təcrübə və nailiyyətlər qazanmasına dəstək olan layihələrin hazırlanması
- Xaricdə təhsil sərgilərinin, universitet təqdimatlarının, seminarların və digər tədbirlərin təşkili
- Tədbirlərin planlaşdırılması, logistika, qeydiyyat və iştirakçı kommunikasiyasının idarə edilməsi
The ATS/CRM platform making hiring easier in Azerbaijan.
For candidatesJobsCompaniesRemoteMy Portal
For employersPost a jobPricing
LegalTerms of UsePrivacy Policy
ConnectJoin Telegram
Hiring powered by JobPark
- Məktəblər, universitetlər və korporativ nümayəndələrlə uzunmüddətli əlaqələrin qurulması
- Xaricdə təhsil şöbəsi ilə birlikdə tələbələrin akademik və şəxsi inkişafına yönəlmiş proqramların hazırlanması
- GLODEMIA Tələbə Şurasının və tələbə təşəbbüslərinin dəstəklənməsi
- Yetkinlik yaşına çatmayan iştirakçılar üçün valideyn razılığı, nəzarət və təhlükəsizlik prosedurlarına riayət edilməsinin təmin olunması
- Tərəfdaşlıq və tədbirlərin nəticələrinin təhlili, müvafiq hesabatların hazırlanması
- Korporativ təqdimatların, əməkdaşlıq təkliflərinin və rəsmi yazışmaların hazırlanması
Namizədə tələblər:
- Yüksək səviyyədə kommunikasiya, danışıqlar və təqdimat bacarıqları
- Güclü təşkilatçılıq və layihə idarəetmə bacarıqları
- Korporativ nümayəndələr və rəhbər şəxslərlə peşəkar ünsiyyət qurmaq bacarığı
- Tədbir, seminar və təlimlərin təşkili üzrə təcrübə
- Azərbaycan dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə biliklər
- Rus dili biliyi üstünlükdür
- Müstəqil işləmək və bir neçə layihəni paralel idarə etmək bacarığı
- Təhsil müəssisələri, QHT-lər və gənclərin inkişafı layihələri üzrə təcrübə üstünlükdür
Biz nə təklif edirik:
- Təcrübə və bacarıqlara uyğun əməkhaqqı
- Tərəfdaşlıqların inkişafı üzrə nəticələrə əsaslanan bonus imkanları
- Aparıcı şirkətlər və təhsil müəssisələri ilə əməkdaşlıq imkanı
- Beynəlxalq təhsil sərgilərində, korporativ tədbirlərdə və tələbə layihələrində iştirak
- Peşəkar əlaqələrin genişləndirilməsi və karyera inkişafı
- Dinamik və dəstəkləyici komanda mühiti
Namizədlər CV-lərini "Korporativ Tərəfdaşlıqlar və Tədbirlər üzrə Mütəxəssis – Glodemia" başlığı ilə göstərilən elektron poçt ünvanına təqdim edə bilərlər.
Навыки: Tədbir təşkili, Layihə idarəetməsi, Korporativ tərəfdaşlıq, Danışıqlar, Təqdimat, Logistika, Hesabat hazırlama, Rəsmi yazışma, Azərbaycan dili, İngilis dili, Rus dili