Namizədə olan tələblər:
- Ali təhsil
- Ağır texnika, tikinti, avtomobil və ya avadanlıq sahəsində kommersiya satışı üzrə minimum 2 il təcrübə
- Müştərilərlə münasibət qurmaq, təklif hazırlamaq və danışıqlar aparmaq bacarığı
- Azərbaycan dilində səlis danışıq və yazı; ingilis dilində ünsiyyət bacarığı; rus dili üstünlükdür
- Excel və ofis proqramlarında işləmək bacarığı
- Ezamiyyətlərə və səfərlərə hazır olmaq
- B kateqoriya sürücülük vəsiqəsi
Vəzifə öhdəlikləri:
- Ağır texnikanın kommersiya satışını planlaşdırmaq və həyata keçirmək
- Potensial və mövcud müştərilərlə əlaqə qurmaq, onların ehtiyaclarını müəyyən etmək
- Texniki xüsusiyyətlərə əsaslanaraq məhsulların təklif və qiymət təkliflərini hazırlamaq
- Müqavilələrin bağlanması üçün danışıqlar aparmaq və şərtləri razılaşdırmaq
- Satış planlarının icrasını izləmək və satış göstəricilərinin hesabatını hazırlamaq
- Bazarı və rəqabət mühitini öyrənmək, yeni satış imkanlarını müəyyən etmək
- Müştəri bazasını və satış əməliyyatlarına dair məlumatları sistemli şəkildə qeyd etmək
- Satış sənədləşməsini hazırlamaq və daxili şöbələrlə (texniki, hüquqi, maliyyə) əməkdaşlıq etmək
- Müştərilərə satışdan sonrakı dəstək göstərilməsində iştirak etmək
İş Şərtləri:
- Əmək haqqı: müsahibə əsasında
- Ünvan: Lökbatan Dairesi Salyan Şossesi
Навыки: Kommersiya satışı, Təklif hazırlama, Danışıqlar, Azərbaycan dili, İngilis dili, Rus dili, Excel, B kateqoriya sürücülük vəsiqəsi, Satış planlaması, Satış hesabatı, Bazar araşdırması, Müştəri bazası