Risklərin idarəedilməsi üzrə mütəxəssis

Eden Agro MMC

Компания
Eden Agro MMC
Город
Bakı
Формат работы
В офисе
Занятость
Полная занятость
Откликнуться до
21.11.2026

İş şəraiti:

  • İşəgötürən: Eden Agro MMC
  • Struktur: Risk və daxili nəzarət departamenti
  • Birbaşa rəhbər: Risk və daxili nəzarət üzrə menecer
  • İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətdə effektiv nəzarət mühitinin formalaşdırılması istiqamətində işlərin həyata keçirilməsinə dəstək olmaq
  • Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və prioritetləşdirilməsi prosesində iştirak etmək, risk reyestrlərinin hazırlanmasına və yenilənməsinə dəstək olmaq
  • Əsas Risk Göstəricilərinin və risk hadisələrinin monitorinqini həyata keçirmək, dövri hesabatlar hazırlamaq və üst rəhbərliyə təqdim etmək
  • Preventiv və detektiv nəzarət mexanizmlərinin hazırlanmasında iştirak etmək
  • Əməliyyatların davamlılığını və effektivliyini təmin etmək məqsədilə nəzarət mexanizmlərini qurmaq
  • Zərurət yarandığı hallarda cari və funksional işlərin icra vəziyyətinə praktiki nəzarət etmək
  • Nəzarət mexanizmlərinin effektiv tətbiqini test etmək üçün üst rəhbərin təlimatlarına əməl etmək

The ATS/CRM platform making hiring easier in Azerbaijan.

For candidatesJobsCompaniesRemoteMy Portal

For employersPost a jobPricing

LegalTerms of UsePrivacy Policy

ConnectJoin Telegram

Hiring powered by JobPark

  • Qanunvericiliyə, daxili siyasət və etik davranış qaydalarına uyğunluğun gücləndirilməsi, fırıldaqçılıq risklərinin idarə olunması və risk mədəniyyətinin inkişafı üzrə monitorinq və araşdırmalarda iştirak etmək
  • Audit və yoxlamalar zamanı aşkar olunan nöqsanları müzakirə etmək
  • Qaynar xətt və digər kanallar vasitəsilə daxil olan şikayətlər üzrə ilkin qiymətləndirmə aparmaq və araşdırma prosesində iştirak etmək
  • Hüquqpozma halları üzrə xidməti araşdırmalarda iştirak etmək
  • Üst rəhbərə lazımi hesabatları hazırlamaq və təqdim etmək

Vəzifə tələbləri:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, audit, idarəetmə üzrə)
  • Risklərin idarə olunması, daxili nəzarət və ya audit sahəsində ən azı 2-3 il təcrübə
  • ORM, ACCA, CIA, CRMA və s. sertifikatlara üstünlük
  • Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və monitorinqi bacarığı
  • Daxili nəzarət sistemlərinin qurulması və effektivliyinin test edilməsi
  • Proses və maliyyə təhlili, risk matrisi və reyestrinin hazırlanması
  • Analitik düşünmə, hesabatvermə və Excel/analitik alətlərlə işləmə bacarığı
  • Daxili audit və yoxlamalarda iştirak, rəhbərliyə hesabatların təqdimatı
  • Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik

Biz təklif edirik:

  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
  • Peşəkar və liderlik inkişaf proqramları
  • Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
  • Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
  • Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
  • Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
  • Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı

Qeyd: Namizədlərdən CV-lərini mövzu bölməsində "Risklərin idarəedilməsi üzrə mütəxəssis" qeyd edərək göndərmələri xahiş olunur.

Навыки: Risklərin idarə olunması, Daxili nəzarət, Daxili audit, Risk qiymətləndirilməsi, Risk monitorinqi, Risk matrisi, Risk reyestri, Maliyyə təhlili, Proses təhlili, Hesabatvermə, Excel, ACCA