- İnsan resursları əməliyyatlarının Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, normativ-hüquqi aktlara və şirkətin daxili qaydalarına uyğun idarə edilməsini təmin etmək;
- İşə qəbul, vəzifə və əmək şəraitinin dəyişdirilməsi, habelə əmək müqaviləsinə xitam verilməsi proseslərinin rəsmiləşdirilməsinə və kadr sənədləşməsinə nəzarət etmək;
- İş vaxtının uçotu, davamiyyət və məzuniyyət proseslərinin, eləcə də əməkhaqqının hesablanması üçün təqdim olunan ilkin məlumatların düzgünlüyünü təmin etmək;
- İşçilərin müraciət və şikayətlərinin araşdırılmasını, əmək mübahisələrinin və münaqişələrin həllini, intizam tədbirlərinin müvafiq prosedurlara uyğun həyata keçirilməsini əlaqələndirmək;
- ƏMAS və şirkətin daxili insan resursları sistemlərində işçi məlumatlarının dəqiqliyinə, aktuallığına və məxfiliyinə nəzarət etmək;
- İnsan resursları prosedurlarının təkmilləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürmək, fəaliyyət göstəriciləri və əməliyyat riskləri üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
- Şöbənin fəaliyyətini və komandanın işini idarə etmək, əmək münasibətləri və işçi məsələləri üzrə metodoloji və praktiki dəstək göstərmək.
- Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək, onların şirkətin HR proseslərinə təsirini qiymətləndirmək və müvafiq uyğunlaşma tədbirlərini həyata keçirmək.
Tələblər
- Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Hüquq, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya müvafiq sahələr üzrə);
- İnsan resursları sahəsində minimum 5 il iş təcrübəsi;
- HR proseslərinin optimallaşdırılması, daxili prosedurların hazırlanması və təkmilləşdirilməsi üzrə bilik və təcrübə;
- MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
- Analitik düşünmə, problem həlletmə və qərarvermə bacarığı;
- Komandanı idarəetmə, iş bölgüsü aparma və əməkdaşların inkişafını dəstəkləmə bacarığı;
- Güclü ünsiyyət, danışıqların aparılması və münaqişələrin idarə edilməsi bacarığı;
- Yüksək məsuliyyətlilik, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst, ingilis və ya rus dilində işlək səviyyədə ünsiyyət bacarığı.
Навыки: Əmək qanunvericiliyi, Kadr sənədləşməsi, İş vaxtı uçotu, Məzuniyyət uçotu, Əməkhaqqı hesablanması, ƏMAS, HR sistemləri, HR prosedurları, Excel, Münaqişə idarəetməsi, İngilis dili, Rus dili