Kiçik tibb işçisi/Porter

Qarabağ Universitetinin Klinikası

Компания
Qarabağ Universitetinin Klinikası
Город
Azərbaycan
Формат работы
В офисе
Занятость
Полная занятость
Откликнуться до
04.12.2026

Vəzifənin təsviri:

  • Klinikanın sanitar-gigiyenik qaydalara uyğun fəaliyyətinin təmin olunmasında iştirak edir.
  • Pasiyentlərin şöbələr arasında təhlükəsiz şəkildə daşınmasına kömək edir.
  • Klinika daxilində analiz nümunələrinin və tibbi avadanlıqların daşınmasını təmin edir.
  • Tibb personalının tapşırıqlarını vaxtında və düzgün yerinə yetirir.
  • Təmizlik, infeksiya nəzarəti və təhlükəsizlik qaydalarına riayət edir.
  • Klinikanın daxili intizam qaydalarına və etik davranış normalarına əməl edir.
  • Tibbi heyətin fasiləsiz fəaliyyətinin təmin olunmasına kömək edir.

Tələblər

Namizədə tələblər

  • Sanitar-gigiyenik qaydalar, təmizlik və dezinfeksiya üsulları üzrə ilkin biliklərə malik olmalıdır.
  • Xəstələrin təhlükəsiz daşınması və onlara ilkin qulluq göstərilməsi qaydaları barədə anlayışa malik olmalıdır.
  • Tibbi avadanlıqların və ləvazimatların təhlükəsiz daşınması qaydalarını bilməlidir.
  • Xəstələrlə etik davranış, məxfilik və daxili intizam qaydalarına riayət etməlidir.
  • Fiziki cəhətdən sağlam olmalı və hərəkətli iş rejimində işləmək qabiliyyətinə malik olmalıdır.
  • Komanda ilə işləmək və məsuliyyətli olmaq bacarığı tələb olunur.

Навыки: Sanitar-gigiyenik qaydalar, Təmizlik və dezinfeksiya, İnfeksiya nəzarəti, Xəstə daşınması, İlkin qulluq, Tibbi avadanlıq daşınması, Məxfilik qaydaları