Vakansiya haqqında məlumat:
PAŞA Sığorta ASC namizədləri Süni intellekt ve data elmi üzrə baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu rol, qeyri-müəyyən biznes tələblərini təhlil edərək dəyər hipotezləri və ölçülə bilən uğur meyarları formalaşdırmaqdan, mürəkkəb ML, LLM, RAG və agentik həllərin kəşf mərhələsindən istehsalata qədər bütün həyat dövrünə rəhbərlik etməkdən ibarətdir.
Öhdəliklər:
- Qeyri-müəyyən sorğuları təhlil edərək real biznes problemini, dəyər hipotezini və ölçülə bilən uğur meyarlarını müəyyən etmək
- Mürəkkəb ML, LLM, RAG və agentik həllərin kəşf mərhələsindən istehsalata və qəbula qədər bütün prosesə rəhbərlik etmək
- Dəyər, risk və davamlılıq amillərini nəzərə alaraq qaydalar, klassik ML, LLM və ya hibrid yanaşmalar arasında seçim etmək
- Texniki performansı biznes KPI-ları ilə əlaqələndirən qiymətləndirmə çərçivələri və hədlər dizayn etmək
- Keyfiyyət, xərc, gecikmə, izaholunabilirlik, qəbul və risk üzrə maraqlı tərəflərlə kommunikasiya qurmaq və kompromisləri idarə etmək
- Layihənin işə salınmasından sonrakı təsirinə cavabdeh olmaq, dəyər reallaşmadıqda həlləri yenidən formalaşdırmaq, icmal və mentorluq vasitəsilə komandanın keyfiyyətini artırmaq
The ATS/CRM platform making hiring easier in Azerbaijan.
For candidatesJobsCompaniesRemoteMy Portal
For employersPost a jobPricing
LegalTerms of UsePrivacy Policy
ConnectJoin Telegram
Hiring powered by JobPark
Bilik və Bacarıqlar:
- Python, SQL və skriptləşdirmə üzrə mükəmməl biliklər
- Maşın öyrənməsi (ensemble, gradient boosting, NN) alqoritmləri üzrə dərin biliklər
- Generativ AI, LLM, RAG və agentik sistemlər üzrə mükəmməl biliklər
- ML və LLM üçün qiymətləndirmə metodologiyalarının dizayn edilməsi
- İstehsalat mühitində ML/AI həyat dövrü (lifecycle) və "observability" prinsipləri üzrə biliklər
- Qabaqcıl statistika və modelləşdirmə bacarıqları
- Model Serving və API ilə işləmə təcrübəsi
- Git və kod icmalı (code review) proseslərində təcrübə
- MS Office proqramları ilə sərbəst işləmə bacarığı
- Komandada işləmək, analitik düşüncə və mürəkkəb problemləri həll etmə bacarığı
- Maraqlı tərəflərlə effektiv ünsiyyət və mentorluq bacarıqları
- ML/AI sahəsində müvafiq sertifikatların olması arzuolunandır
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus
Təhsil və Təcrübə:
- Kompüter elmləri, Riyaziyyat, Statistika və ya əlaqəli sahələr üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi)
Biz Sizə Təklif Edirik:
- Dəyər yaradan işlər: Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı
- Birlikdə güclənən komanda: Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı
- Davamlı inkişaf imkanları: Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar
- Etimada əsaslanan iş mühiti: Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Навыки: Python, SQL, Maşın öyrənməsi, Generativ AI, LLM, RAG, Agentik sistemlər, Statistika, Model Serving, API, Git, Azərbaycan dili