- Hüquq departamentinin fəaliyyətinə rəhbərlik etmək, hüquqi strategiyanı hazırlamaq və şirkətin biznes məqsədlərinə uyğun həyata keçirilməsini təmin etmək;
- Şirkətin və əlaqəli hüquqi şəxslərin fəaliyyətinə kompleks hüquqi dəstək göstərmək, korporativ idarəetmə proseslərini müşayiət etmək;
- Pərakəndə satış fəaliyyəti ilə bağlı hüquqi məsələləri, o cümlədən mağazaların icarəsi, təchizat, distribusiya, satınalma, xidmət və digər kommersiya müqavilələrini idarə etmək;
- Müqavilələrin hazırlanmasını, hüquqi ekspertizasını, danışıqların aparılmasını və şirkətin maraqlarının müqavilələrdə qorunmasını təmin etmək;
- Şirkətin maraqlarını məhkəmələrdə, arbitraj proseslərində və dövlət orqanları qarşısında təmsil etmək;
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğa nəzarət etmək, hüquqi riskləri müəyyənləşdirmək, qiymətləndirmək və onların idarə olunması üzrə tədbirlər hazırlamaq;
- Əmək, vergi, istehlakçı hüquqları, rəqabət, reklam, kommersiya və digər hüquq sahələri üzrə rəhbərliyə və struktur bölmələrə hüquqi məsləhətlər vermək;
- Daxili normativ sənədlərin, siyasətlərin, prosedurların və korporativ sənədlərin hazırlanmasını və hüquqi ekspertizasını təşkil etmək;
- Biznes qərarlarının hüquqi nəticələrini qiymətləndirmək, rəhbərliyə əsaslandırılmış hüquqi rəylər və tövsiyələr təqdim etmək;
- Xarici hüquq məsləhətçiləri və digər tərəfdaşlarla əməkdaşlığı idarə etmək;
- Hüquq departamentinin komandasının fəaliyyətini təşkil etmək, əməkdaşların peşəkar inkişafını və işin keyfiyyətli, vaxtında icrasını təmin etmək.
İş yeri: Bakı şəhəri
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00–18:00
Tələblər
- Hüquq üzrə ali təhsil; magistr dərəcəsinin olması arzuolunandır;
- Hüquq sahəsində minimum 8 il iş təcrübəsi, o cümlədən minimum 3–5 il rəhbər vəzifədə idarəetmə təcrübəsi;
- Pərakəndə satış (retail) sektorunda iş təcrübəsi arzuolunandır və namizədin seçimində mühüm üstünlük hesab olunur;
- Korporativ, kommersiya və müqavilə hüququ üzrə dərin bilik və praktiki təcrübə;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Əmək Məcəlləsi, Vergi Məcəlləsi və digər normativ-hüquqi aktları üzrə dərin bilik;
- Məhkəmə və arbitraj proseslərinin idarə edilməsi, şirkət maraqlarının təmsil olunması üzrə təcrübə;
- Bir neçə hüquqi şəxsi əhatə edən korporativ strukturda və ya iri şirkətdə iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dilində sərbəst, ingilis dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı; rus dili biliyi üstünlükdür;
- Xaricdə hüquq təhsili və ya beynəlxalq akademik/professional təcrübə üstünlükdür;
- Analitik düşüncə, strateji yanaşma, güclü danışıqlar və qərarvermə bacarıqları;
- Komandanı idarə etmək, prioritetləri müəyyənləşdirmək və bir neçə hüquqi prosesi paralel şəkildə koordinasiya etmək bacarığı;
- Yüksək məsuliyyət, dürüstlük, peşəkar etika və məxfi məlumatlarla işləmək bacarığı.
Навыки: Korporativ hüquq, Kommersiya hüququ, Müqavilə hüququ, Mülki hüquq, Əmək hüququ, Vergi hüququ, Məhkəmə prosesləri, Arbitraj, Korporativ idarəetmə, Hüquqi risklərin idarə edilməsi, Azərbaycan dili, İngilis dili