Ümumi məlumat
Gərginliyi
15 KV-dan yuxarı olan müxtəlif tipli yüksək gərlinlikli elektrik maşın və
aparatların sökülməsi, əsaslı təmiri, yığılması, quraşdırılması və mərkəzləşdirilməsi
proseslərini icra etmək
Daha mürəkkəb sxemli birinci və ikinci kommutasiyalı və distansion idarə edilən
istehsalat sexlərinə və sahələrinə xidmət etmək
Texnoloji avadanlıqların vacib, mürəkkəb və eksperimental sxemlərinin,
avtomatik xətlərin, mürəkkəb elektrik sxemlərinin, nadir və presizion metal
emalı avadanlıqlarının vacib və eksperimental elektrik maşınlarının, elektrik
aparatlarının və elektrik sxeminin sazlanması, təmiri və tənzimlənməsi proseslərini
icra etmək
Eektronika, ultrasəsli, elektronlu,
elektroimpulslu qurğuları olan iqnitronlu aparatlara və tranzistorlu və məntiqi
elementlərdə, yarımkeçirici qurğulardan istifadə etməklə mürəkkəb sxemlərə xidmət
etmək və onları sazlamaq
Ölçü transformatorlarının dəqiqlik sinfini yoxlamaq
Təzyiq
altında yağ və qazla doldurulmuş xüsusi boru kəmərlərində kabel xətlərinin təmiri,
montajı və sökülməsi işlərini icra etmək
Yüksək gərginlikli kabel şəbəkələrində
epoksid ucları ayırmaq, mis və alüminium kabellər arasında birləşdirici
muftaları montaj etmək
Əsaslı təmirdən sonra müxtəlif güclü elektrik mühərriklərini, aparatlarını və
transformatorlarını kompleks sınaqdan keçirmək
Təmir
edilmiş elektrik avadanlıqlarını istismara təhvil vermək
Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə
aid digər tapşırıqları yerinə yetirmək
Əməyin mühafizəsinə, təhlükəsizlik
texnikasına, istehsalat sanitariyasına və yanğından
Öhdəliklər
Rəhbərliyin şöbənin
fəaliyyətinə aid qərarları ilə tanış olmaq;
Tabeliyində çalışan əməkdaşlardan vəzifə
funksiyalarının icra edilməsini, Cəmiyyətin prosedur və qaydalarına əməl edilməsini
tələb etmək;
Vəzifə funksiyalarının icrası üçün
lazım olan Cəmiyyətin bütün korporativ hüquqi aktlarını, prosedur, qayda və təlimatlarını,
rəhbərliyin əmr, sərəncam, göstərişlərini və digər sənədləri tələb etmək;
Vəzifə funksiyalarının icrası və rəhbərinin
göstərişlərinin həlli zamanı Cəmiyyətin müvafiq struktur bölmələrinin rəhbərləri
ilə əməkdaşlıq etmək;
Vəzifə fəaliyyətindən irəli gələn məsələlər
barədə hesabat verdiyi instansiyaya baxılması üçün təkliflər vermək;
Vəzifə funksiyalarının icrası üçün Cəmiyyətin
korporativ hüquqi aktları, prosedur, qayda və təlimatları, rəhbərliyin əmr, sərəncam,
göstərişləri ilə müəyyən edilmiş uyğun iş şəraitinin yaradılmasını, şöbənin
ehtiyac olan avadanlıq və vasitələrlə təchiz olunmasını tələb etmək
Tələblər
Tələb olunan sahədə minimum 1 il təcrübə
Fiziki cəhətdən sağlam olmaq
Навыки: Yüksək gərginlikli avadanlıqlar, Elektrik maşınları, Elektrik sxemləri, Elektrik avadanlıqlarının təmiri, Elektrik avadanlıqlarının sazlanması, Elektronika, Yarımkeçirici qurğular, Transformatorların sınağı, Kabel xətlərinin montajı, Kabel muftalarının montajı, Elektrik avadanlıqlarının sınağı, Əməyin mühafizəsi