Ümumi məlumat
#Veysəloğlu Şirkətlər Qrupu #Təchizat üzrə Mütəxəssis Mühəndisi #vakansiyasını elan edir.
Öhdəliklər
Daxil olan satınalma
tələblərindəki məlumatların dolğunluğunu yoxlamaq, qeyri-müəyyənlikləri aradan
qaldırmaq və daxili sifarişçilərlə koordinasiya qurmaq;
Tender
iştirakçılarının peşəkar uyğunluğunu yoxlamaq, Əsas Şərtlər Toplusunu
hazırlayaraq tender elan etmək və təklif zərflərini toplamaq;
Tender
komissiyasının iştirakı ilə zərflərin açılışını və iclaslarını təşkil etmək,
müvafiq protokolları hazırlamaq;
Əvvəlcədən müəyyən
edilmiş texniki, kommersiya və digər qiymətləndirmə meyarlarına əsasən təkliflərin
müqayisə cədvəlini hazırlamaq, uyğun təklifi komissiyaya tövsiyə etmək və təsdiqini
almaq;
Potensial tədarükçüləri
araşdırmaq, onlarla danışıqlar aparmaq, endirim sorğuları göndərmək və qalib
namizədlərin istehsalat/anbar sahələrinə ziyarətlər etmək;
Tədarükçülərin qiymət, keyfiyyət, çatdırılma müddəti və müqavilə
öhdəliklərinə riayət etməsi üzrə performansını qiymətləndirmək və təkmilləşdirmə
təklifləri hazırlamaq;
Təsdiq edilmiş təklif
üzrə satınalma sifarişini (PO) formalaşdırmaq, imzalatmaq və malların təyin
olunmuş ünvana vaxtında çatdırılmasını təqib etmək;
Anbara çatdırılan
sifarişlərdə uyğunsuzluq olarsa, tədarükçü ilə problemi həll etmək və təchiz
olunan malların keyfiyyət analizini aparmaq;
Satınalma sifarişi,
çatdırılma və hesablaşma sənədlərinin doğruluğunu yoxlamaq, müqavilələrin
hazırlanmasını koordinasiya etmək və rəhbərliyə mütəmadi hesabatlar vermək;
Sifariş
yekunlaşdıqdan sonra tədarükçünün performansını dəyərləndirmək və gələcək əməkdaşlıq
üçün sistemli analizlər aparmaq.
Tələblər
Ali təhsil
(İqtisadiyyat, Maliyyə və ya Menecment sahəsi üstünlükdür);
Satınalma və ya təchizat
zəncirinin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi;
Satınalma və tender prosedurları, RFQ/RFP və satınalma sifarişlərinin
(PO) idarə edilməsi üzrə biliklər;
Bazar araşdırması
aparmaq və qiymət dalğalanmalarını təhlil etmək bacarığı;
Tədarükçülərlə
effektiv ünsiyyət və güclü danışıqlar aparma qabiliyyəti;
MS Office (xüsusilə
Excel) proqramlarında peşəkar işləmək bacarığı;
Analitik düşünmə, detallara diqqət,
planlaşdırma və vaxtın effektiv idarə edilməsi bacarığı;
İşə məsuliyyətli yanaşma, işgüzar etika,
komanda ilə işləmək və nəticəyönümlülük;
İngilis dilində kommersiya təkliflərini, texniki sənədləri və
işgüzar yazışmaları oxuyub anlamaq bacarığı;
Навыки: Satınalma, Təchizat zənciri, Tender prosedurları, RFQ/RFP, Purchase Orders, Bazar araşdırması, Qiymət analizi, Təchizatçı qiymətləndirməsi, Müqavilə idarəetməsi, Danışıqlar, Excel, İngilis dili