Grafik dizayner

Bir

Компания
Bir
Город
Bakı
Формат работы
В офисе
Занятость
Полная занятость
Откликнуться до
11.12.2026

Daxili komandamıza qoşulacaq Qrafik Dizayner axtarırıq. Əsas fokus rəqəmsal dizayndır — mobil tətbiq, vebsayt, sosial media və digər rəqəmsal kanallar üçün vizuallar üzərində işləyəcəksiniz. Çap materialları ilə təcrübə arzuolunandır, lakin mütləq deyil.

Vəzifə öhdəlikləri

  • Sosial media, tətbiq, veb, email və s. üçün rəqəmsal vizuallar hazırlamaq
  • Fikir və kreativ konseptlərin hazırlanmasında iştirak etmək
  • Figma, Adobe CC və AI alətləri ilə işləmək (şəkil və video generasiyası üçün)
  • Marketinq, məhsul, HR və s. kimi müxtəlif komandaların nümayəndələri ilə əməkdaşlıq etmək
  • (Opsional) Sadə animasiyalar və ya 3D vizuallar hazırlamaq

Tələblər

  • Figma, Adobe Creative Cloud proqramlarında, AI alətləri ilə sərbəst işləmək bacarığı
  • Vizual kommunikasiya və dizayn prinsiplərini başa düşmək
  • Özünü təşkiletmə və vaxtın idarə olunması bacarığı
  • Əsas səviyyədə ingilis dili (bəzən qeyri-azərbaycanlı həmkarlarla ünsiyyət üçün)

Üstünlüklər

  • Animasiya, motion dizayn və ya 3D üzrə bacarıqlar
  • Çap materiallarının dizaynı üzrə təcrübə

Şirkət haqqında

Bir Azərbaycanda gündəlik həyatı daha rahat və əlçatan etmək məqsədilə bankçılıq, ödənişlər, e-ticarət və innovativ rəqəmsal xidmətləri bir araya gətirən Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemidir.

Bir ekosistemi Birbank, Birmarket, m10, Milliön və Future Lab kimi əsas brendləri vahid çətir altında birləşdirərək Azərbaycanın maliyyə xidmətləri, rəqəmsal ödənişlər, e-ticarət və innovasiya sahələrinin inkişafında aparıcı rol oynayır.

Burada işləmək texnologiya ilə dəyər yaratmaq, milyonlarla insana real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır. Bir ekosistemində ideyalar real məhsullara çevrilir, fərqli biznes və sahələr isə öyrənmək, inkişaf etmək və karyeranı istədiyin istiqamətdə qurmaq üçün geniş fürsətlər yaradır.

Навыки: Figma, Adobe Creative Cloud, AI alətləri, Vizual kommunikasiya, Dizayn prinsipləri, İngilis dili, Motion dizayn, 3D dizayn, Çap dizaynı