- Standart əməliyyat prosedurlarına dair təlimata riayət etmək.
- Spa mərkəzinin əməliyyatları üçün ləvazimatların inventarını aparmaq.
- Yerli normativ tələblərə müvafiq olaraq dəqiq qeydlərin aparılması.
- Şöbələrarası həftəlik / aylıq hesabat görüşlərində iştirak etmək.
- Təmizliyi qoruyub saxlamaq və spa otaqlarında bütün avadanlıqlarla bağlı nöqsanlar barədə xəbər vermək.
- Bütün spa əməliyyatlarına yardım göstərmək
- Hər zaman mərkəzin mükəmməl təmizlik və sanitariya tələblərinə cavab verməsini təmin etmək .
- Geyinmə-soyunma otaqlarını təmiz olmasını yoxlamaq.
- Lazım olduqda, dolabları yoxlamaq və təmizlənməsini təmin etmək.
- Geyinmə-soyunma otaqlarının əl-üz yuma və tualet yerlərində zəruri gigiyena ləvazimatlarını (sabun, tualet kağızı və s.) təmin etmək.
- Müəyyən edilmiş qrafikə əsasən camaşırxanaya yataq ağları, alt paltarlar və s. aparılması və gətirilməsini təmin etmək.
- Üzvlər və qonaqların təyin edilmiş görüşlərə istiqamətləndirilməsi və onlara bütün mümkün köməkliklərin göstərilməsi.
- Sauna, buxar kabinələri və s. istifadəsi ilə bağlı üzvlərə və qonaqlara kömək etmək.
- Müəyyən edilmiş təlimatlara müvafiq olaraq hər iş gününün sonunda otaqları əsaslı yoxlamaq və prosedurlar üçün hazır vəziyyətə gətirmək.
- Bütün spa ləvazimatları və gigiyena vasitələri üzrə anbar ehtiyatlarını təmin etmək.
Tələblər
İş təcrübəsi:
- İdman və SPA sahəsində təmizlik üzrə təcrübə arzuolunandır.
Bilik və Bacarıqlar:
- İdman avadanlıqlarını və təmizləmə üsullarını yaxşı bilmək.
- Müştəri xidmətləri sahəsində təcrübə və müsbət ünsiyyət bacarıqları.
- Sağlamlıq və təhlükəsizlik qaydalarına uyğun davranmaq.
- Gündəlik iş planı ilə işləmək və əməkdaşlarla koordinasiya etmək bacarığı.
- İdman zallarında istifadə olunan avadanlıqlar barədə əsas məlumat.
Навыки: Təmizlik üsulları, İdman avadanlıqları, Müştəri xidməti, Sağlamlıq və təhlükəsizlik, İnventar uçotu, Sanitariya