Site supervisor / Foreman

PASHA Real Estate Group

Компания
PASHA Real Estate Group
Город
Bakı
Формат работы
В офисе
Занятость
Полная занятость
Откликнуться до
12.12.2026
  • Sahədə subpodratçıların koordinasiyası;
  • Betonun keyfiyyətinə nəzarət edilməsi və səyyar beton pompalarından (mobil avtobetonnasoslardan) istifadə olunmaqla beton tökmə əməliyyatlarının əlaqələndirilməsi;
  • Dəmir-beton işləri, hidroizolyasiya, infrastruktur işləri və svay (piling) işləri sahəsində praktiki təcrübə;
  • Menecerə gündəlik gedişat hesabatlarının və yeniliklərin təqdim edilməsi;
  • Layihənin icrasını təmin etmək məqsədilə subpodratçılar arasında iş axınının və fəaliyyətlərin əlaqələndirilməsi.

Tələblər

TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR

Təhsil:

  • Tikinti, mühəndislik (inşaat) və ya əlaqəli sahə üzrə texniki təhsilə üstünlük verilir.

Xüsusi ixtisaslaşma sahələri:

  • Beton tökmənin idarə edilməsi, dəmir-beton işləri, hidroizolyasiya, infrastruktur işləri, svay (piling) işləri, konstruktiv çertyojların oxunması və sahədə keyfiyyətə nəzarət.

İş təcrübəsi:

  • Beton və konstruktiv tikinti işləri sahəsində 5–7 il təcrübə.

Dil və kompüter proqramları bilikləri (Microsoft Office):

  • Azərbaycan dili – səlis; əsas səviyyədə ingilis dili və hesabat hazırlamaq üçün əsas səviyyədə MS Office (Excel/Word) bilikləri üstünlükdür.

XÜSUSİ TƏLƏBLƏR:

  • Güclü komanda və subpodratçı nəzarəti bacarıqları.
  • Tikinti sahələrində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi (HSE) qaydalarını yaxşı səviyyədə başa düşmək.
  • Çətin sahə şəraitində işləmək və layihənin qəti son tarixlərinə (deadlines) riayət etmək bacarığı.
  • İntensiv tikinti sahəsi işləri üçün fiziki cəhətdən sağlam və dözümlü olmaq.

Навыки: Beton tökmə, Dəmir-beton işləri, Hidroizolyasiya, İnfrastruktur işləri, Svay işləri, Konstruktiv çertyojlar, Keyfiyyətə nəzarət, HSE, Subpodratçı nəzarəti, Azərbaycan dili, İngilis dili, Excel