Şirkətimizin marketinq fəaliyyətinin strateji və operativ idarə edilməsini, brend mövqeyinin gücləndirilməsini və satış hədəflərinə nail olunmasını təmin etmək məqsədilə peşəkar Marketinq Meneceri axtarırıq.
Əsas vəzifə və öhdəliklər:
- Şirkətin ümumi marketinq strategiyasının hazırlanması, planlaşdırılması və icrasının təmin edilməsi
- Bazarın, rəqiblərin və istehlakçı davranışlarının mütəmadi təhlil edilməsi, bazar tendensiyalarının izlənilməsi
- Brend strategiyasının formalaşdırılması, brendin mövqeləndirilməsi və tanınmasının artırılması
- Yeni məhsulların bazara çıxarılması üzrə marketinq planlarının hazırlanması və həyata keçirilməsi
- Rəqəmsal və ənənəvi marketinq fəaliyyətlərinin planlaşdırılması və idarə olunması
- Sosial media platformalarının, rəqəmsal reklam kanallarının və reklam kampaniyalarının idarə edilməsi
- Reklam, foto və video materiallarının hazırlanması prosesinin təşkili və koordinasiyası
- Məhsulların təşviqi məqsədilə reklam, PR və tanıtım tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi
- Satış komandası ilə koordinasiyalı fəaliyyət göstərərək satış həcminin və bazar payının artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi
The ATS/CRM platform making hiring easier in Azerbaijan.
For candidatesJobsCompaniesRemoteMy Portal
For employersPost a jobPricing
LegalTerms of UsePrivacy Policy
ConnectJoin Telegram
Hiring powered by JobPark
- Marketinq büdcəsinin hazırlanması, xərclərin optimallaşdırılması və büdcəyə nəzarətin təmin edilməsi
- Marketinq fəaliyyətlərinin effektivliyinin müvafiq göstəricilər əsasında qiymətləndirilməsi və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi
Namizədə dair tələblər:
- Marketinq, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil
- Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi
- FMCG və ya qida istehsalı sektorunda iş təcrübəsi üstünlükdür
- Marketinq strategiyalarının hazırlanması və praktiki icrası üzrə təcrübə
- Brend idarəçiliyi, məhsul marketinqi və bazar araşdırmaları üzrə biliklər
- Rəqəmsal marketinq, SMM və onlayn reklam platformaları üzrə praktiki biliklər
- Marketinq kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin təhlili bacarığı
- Analitik düşünmə, strateji planlaşdırma və problem həll etmə bacarığı
- Yüksək kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı
- Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük
- Komanda ilə işləmək və iş proseslərini koordinasiya etmək bacarığı
Biz nə təklif edirik:
- Könüllü tibbi sığorta paketi
- Yanacaq xərclərinin qarşılanması
- Rəqabətli əməkhaqqı (namizədin bilik və təcrübəsinə əsasən, müsahibə zamanı razılaşdırılır)
İş şəraiti:
- İş yeri: Həsən Əliyev küçəsi 38, Xırdalan, Azərbaycan
Навыки: Marketinq strategiyası, Brend idarəçiliyi, Məhsul marketinqi, Bazar araşdırması, Rəqəmsal marketinq, SMM, Onlayn reklam, Marketinq kampaniyaları, Marketinq analitikası, Marketinq büdcəsi, PR