- Hovuzun kənarında növbə çəkmək, hovuz və sauna avadanlığının işinə nəzarət etmək.
- Qonaqların hovuz və sauna ərazisində təhlükəsiz və rahat olmasını təmin etmək.
- Suda boğulanlara operativ yardımın göstərilməsi üçün xilasetmə vasitələrinin hazırlığına nəzarət etmək.
- Müxtəlif vasitə, metod və üsullardan istifadə etməklə üzmək öyrədilməsinin təşkili.
- Suda bədbəxt hadisələrin baş verməsinin qarşısını almaq üçün müştərilərə təhlükəsiz davranış qaydalarını izah etmək.
- Avadanlıq və mülkiyyətin qorunmasını, yanğından mühafizəni və xilasetmə postunda sanitar vəziyyəti təmin etmək.
- Əmək intizamı, texniki təhlükəsizlik qaydalarına riayət etmək və müəyyən edilmiş sənədləşdirməni aparmaq.
- Fövqəladə hallarda müştərilərə təcili yardım göstərmək
- Həkimin gəlməsindən əvvəl ilk yardım göstərmək.
- Özünün fiziki və xüsusi tibbi hazırlığını təkmilləşdirmək.
- İcra edilən işlə bağlı aşkar edilmiş bütün pozuntular və çatışmazlıqlar barəsində birbaşa rəhbərini məlumatlandırmaq.
- Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
- Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.
Tələblər
Təhsil:
- İlk yardım və xilasedici təlimi (məsələn, Red Cross və ya başqa tanınmış təşkilatların təlimləri).
- Müvafiq təhlükəsizlik sertifikatları (məsələn, Lifeguard Certification).
İş təcrübəsi:
- Hovuz və su obyektlərində təhlükəsizlik və nəzarət sahəsində təcrübə üstünlük təşkil edir.
Bilik və Bacarıqlar:
- Boğulma və digər su ilə bağlı qəza hallarına qarşı xilasetmə və ilk yardım bacarıqları.
- Hovuz təhlükəsizliyi və su obyektlərindəki təhlükəsizlik qaydaları barədə biliklər.
- Fövqəladə vəziyyətlərə reaksiyalı olmaq və doğru qərarlar vermək bacarığı.
- İyi müşahidə qabiliyyəti və diqqətlilik.
- Yaxşı ünsiyyət bacarıqları və müştərilərlə münasibət qurma bacarığı.
- Azərbaycan dili – sərbəst.
- Rus və ya ingilis dili – yaxşı səviyyədə.
Навыки: İlk yardım, Xilasedici təlimi, Lifeguard Certification, Su xilasetməsi, Hovuz təhlükəsizliyi, Fövqəladə hallar, Azərbaycan dili, Rus dili, İngilis dili