Birbankda Maliyyə menecmenti departamentinin Əsas fəaliyyət göstəricilərinin təyini və hesabatlığı şöbəsinə bankın strateji hədəflərinin reallaşdırılmasına töhfə verəcək, maliyyə və biznes göstəricilərini təhlil edərək performansın artırılması və data əsaslı qərarların qəbul edilməsini dəstəkləyəcək analitik düşüncəli mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri
Bankın qarşısına qoyduğu strateji hədəflərə nəzarətin təmin olunması, bu hədəflər ilə əlaqədar təhlillərin aparılması;
Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Bankın fəaliyyətinin təhlil edilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması;
Bankın qarşısına qoyduğu maliyyə modelinin və strateji hədəflərin struktur bölmələrə uyğun performans göstəriciləri olaraq paylaşdırılması;
Bankın müxtəlif struktur bölmələriüzrə performansın idarəedilməsi ilə əlaqədar davamlı təhlillərin aparılması, hədəflərin müəyyənləşdirilməsi və ölçülməsi;
Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması.
Tələblər
Üstünlüklər
Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
Şirkət haqqında
Bir Azərbaycanda gündəlik həyatı daha rahat və əlçatan etmək məqsədilə bankçılıq, ödənişlər, e-ticarət və innovativ rəqəmsal xidmətləri bir araya gətirən Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemidir.
Bir ekosistemi Birbank, Birmarket, m10, Milliön və Future Lab kimi əsas brendləri vahid çətir altında birləşdirərək Azərbaycanın maliyyə xidmətləri, rəqəmsal ödənişlər, e-ticarət və innovasiya sahələrinin inkişafında aparıcı rol oynayır.
Burada işləmək texnologiya ilə dəyər yaratmaq, milyonlarla insana real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır. Bir ekosistemində ideyalar real məhsullara çevrilir, fərqli biznes və sahələr isə öyrənmək, inkişaf etmək və karyeranı istədiyin istiqamətdə qurmaq üçün geniş fürsətlər yaradır.
Навыки: Maliyyə analitikası, Biznes analitikası, Riyazi analiz, Statistik analiz, Süni intellekt, SQL, Dataiku