İcra orqanları ilə iş şöbəsinin hüquqşünası

Birbank

Компания
Birbank
Город
Bakı
Формат работы
В офисе
Занятость
Полная занятость
Откликнуться до
21.11.2026

Birbankın Kreditlərin hüquqi təqibi departamentinin İcra orqanları ilə iş şöbəsinin fəaliyyətinin təkminləşməsi üçün bankı müvafiq orqanlarda təmsil edəcək, detallara qarşı diqqətli, ünsiyyət bacarıqları yüksək olan namizəd axtarırıq. Qanunvericilik normalarına riayət etmək və müştərilərimizə yüksək səviyyədə xidmət göstərmək əsas məqsədimizdir.

Vəzifə öhdəlikləri

  • Problemli kreditlərlə bağlı məhkəmə və digər orqanların qərarlarının icrasını təmin etmək;
  • İşlər üzrə birinci və apellyasiya instansiya məhkəmələrində bankı nümayəndə qismində təmsil etmək;
  • Apellyasiya şikayətlərini və apellyasiya instansiyasında digər şikayət və ərizələri hazırlayıb aidiyyatı üzrə göndərmək;
  • İcra orqanlarından banka daxil olan sorğu və müraciətlərə baxır və qanunvericiliyə müvafiq cavablar hazırlamaq;
  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.

Tələblər

  • Ali təhsil hüquq ixtisası üzrə;
  • Kommunikasiya qurmaq bacarığı;
  • Detallara qarşı diqqətli, ünsiyyət qabiliyyəti yüksək və təmkinli olma bacarığı.

Üstünlüklər

  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi kredit

Şirkət haqqında

Bir Azərbaycanda gündəlik həyatı daha rahat və əlçatan etmək məqsədilə bankçılıq, ödənişlər, e-ticarət və innovativ rəqəmsal xidmətləri bir araya gətirən Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemidir.

Bir ekosistemi Birbank, Birmarket, m10, Milliön və Future Lab kimi əsas brendləri vahid çətir altında birləşdirərək Azərbaycanın maliyyə xidmətləri, rəqəmsal ödənişlər, e-ticarət və innovasiya sahələrinin inkişafında aparıcı rol oynayır.

Burada işləmək texnologiya ilə dəyər yaratmaq, milyonlarla insana real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır. Bir ekosistemində ideyalar real məhsullara çevrilir, fərqli biznes və sahələr isə öyrənmək, inkişaf etmək və karyeranı istədiyin istiqamətdə qurmaq üçün geniş fürsətlər yaradır.

Навыки: Hüquq, Məhkəmə təmsilçiliyi, Apellyasiya şikayətləri, İcra icraatı, Qanunvericilik