Vəzifə öhdəlikləri:
- Həkim təyinatlarına uyğun olaraq tibbi prosedur və manipulyasiyaları həyata keçirmək;
- Pasiyentləri müayinə və tibbi prosedurlara hazırlamaq;
- Həkimə ambulator müayinə və prosedurlar zamanı assistentlik etmək;
- Pasiyentlərin həyati göstəricilərini (arterial təzyiq, nəbz, temperatur və s.) ölçmək və qeydiyyatını aparmaq;
- İnyeksiya, infuziya, sarğı və digər tibbi manipulyasiyaları səlahiyyətləri çərçivəsində icra etmək;
- Tibbi avadanlıq və alətlərin istifadəyə hazırlığını təmin etmək;
- Tibbi sənədləşməni və elektron qeydiyyatı müəyyən edilmiş qaydalara uyğun aparmaq;
- İnfeksiyaya nəzarət, aseptika, antiseptika və sanitariya-gigiyena qaydalarına riayət etmək;
- Tibbi tullantıların düzgün çeşidlənməsini və utilizasiyaya təhvil verilməsini təmin etmək;
- Pasiyentlərin təhlükəsizliyini və tibbi məlumatların məxfiliyini qorumaq.
Tələblər
Namizədə tələblər:
- Tibb bacısı ixtisası üzrə orta ixtisas və ya ali tibb təhsili;
- Müvafiq ixtisas üzrə qüvvədə olan sertifikasiya şəhadətnaməsi (qanunvericiliyin tələblərinə uyğun);
- Poliklinika və ya digər tibb müəssisələrində müvafiq iş təcrübəsi arzuolunandır;
- İnyeksiya, infuziya, sarğı və digər əsas tibb bacısı prosedurlarını icra etmək bacarığı;
- Aseptika, antiseptika və infeksiyaya nəzarət qaydaları üzrə biliklər;
- Tibbi sənədləşmə və kompüter proqramları ilə işləmək bacarığı;
Навыки: Tibb bacısı, Sertifikasiya şəhadətnaməsi, İnyeksiya, İnfuziya, Sarğı, Aseptika, Antiseptika, İnfeksiyaya nəzarət, Tibbi sənədləşmə, Kompüter proqramları