Growth Marketing Manager

HeadStart

Компания
HeadStart
Город
Bakı
Формат работы
В офисе
Занятость
Полная занятость
Зарплата
3000–3400 AZN
Откликнуться до
16.12.2026

Biznesin inkişafını sürətləndirmək, yeni müştərilərin cəlb edilməsini artırmaq və marketinq fəaliyyətlərinin effektivliyini yüksəltmək məqsədilə nəticəyönümlü və analitik düşüncəyə malik Marketinq üzrə İnkişaf Meneceri axtarırıq.

Namizəd rəqəmsal marketinq, performans marketinqi, müştəri cəlbetmə strategiyaları və marketinq analitikası sahələrində praktiki təcrübəyə malik olmalı, kreativ yanaşmanı məlumatlara əsaslanan qərarvermə ilə birləşdirməyi bacarmalıdır.

Əsas vəzifə öhdəlikləri

  • Biznes məqsədlərinə uyğun inkişaf və marketinq strategiyalarının hazırlanması və həyata keçirilməsi;
  • Rəqəmsal platformalarda reklam kampaniyalarının planlaşdırılması, idarə edilməsi və optimallaşdırılması;
  • Meta Ads Manager, Google Ads və digər reklam platformalarında kampaniyaların idarə olunması;
  • Yeni müştərilərin cəlb edilməsi, mövcud müştərilərin saxlanılması və konversiya göstəricilərinin artırılması üzrə strategiyaların hazırlanması;
  • Müştəri davranışlarının, marketinq kanallarının və satış hunisinin təhlili;
  • A/B testlərinin keçirilməsi və kampaniyaların nəticələrinin davamlı optimallaşdırılması;
  • Potensial müştərilərin cəlb edilməsi (Lead Generation) strategiyalarının hazırlanması;
  • Satış, məhsul və biznesin inkişafı komandaları ilə koordinasiyalı fəaliyyət;
  • Bazar və rəqib təhlillərinin aparılması, yeni inkişaf imkanlarının müəyyən edilməsi;
  • Marketinq büdcəsinin idarə edilməsi və investisiyaların effektivliyinin artırılması;
  • Marketinq göstəriciləri üzrə hesabatların hazırlanması və məlumatlara əsaslanan təkliflərin verilməsi.

Tələblər

  • Ali təhsil;
  • Müştəri cəlbetmə, konversiya optimallaşdırılması və satış hunisi üzrə biliklər;
  • SEO, e-mail marketinq, CRM və marketinq avtomatlaşdırılması üzrə biliklər;
  • Məlumatların təhlili və nəticələrin düzgün şərh edilməsi bacarığı;
  • Azərbaycan, ingilis dilini mükəmməl səviyyədə bilmək; rus dili biliyi minimum B2;
  • Analitik düşüncə, təşəbbüskarlıq və problem həll etmə bacarığı.

Навыки: Meta Ads Manager, Google Ads, A/B testləri, SEO, E-mail marketinq, CRM, Marketinq avtomatlaşdırılması, Lead Generation, Marketinq analitikası, Azərbaycan dili, İngilis dili, Rus dili