Vəzifə öhdəlikləri:
- Quyuların əsaslı təmiri (Workover) əməliyyatları zamanı nasos qurğularının idarə olunmasını təmin etmək
- Nasos avadanlıqlarının işə salınması, istismarı və dayandırılması proseslərini həyata keçirmək
- Nasosların təzyiq, sərfiyyat və digər texniki göstəricilərinə nəzarət etmək
- Quyuya maye vurulması, dövriyyə, yuyulma və təzyiqə nəzarət əməliyyatlarında iştirak etmək
- Nasos qurğularının texniki vəziyyətini yoxlamaq, nasazlıqları müəyyən etmək və aidiyyəti şəxslərə məlumat vermək
- Avadanlıqların gündəlik texniki baxışını həyata keçirmək və texniki xidmət işlərində iştirak etmək
- Nasos əməliyyatları üzrə müvafiq qeydləri aparmaq və hesabatlar hazırlamaq
- Əməliyyatlar zamanı SƏTƏM və texniki təhlükəsizlik tələblərinə riayət etmək
Namizədə tələblər:
- Orta ixtisas və ya müvafiq texniki-peşə təhsili
- Neft-qaz sahəsində nasos qurğularının operatoru kimi minimum 3 il iş təcrübəsi
- Quyuların əsaslı təmiri (Workover) əməliyyatları üzrə təcrübə
- Yüksək təzyiqli nasos avadanlıqlarının iş prinsipləri və istismar qaydaları üzrə biliklər
- Quyu yuyulması, sirkulyasiya və maye vurulması əməliyyatları haqqında biliklər
- Texniki təhlükəsizlik və SƏTƏM qaydaları üzrə biliklər
- Komandada işləmək və növbəli iş rejiminə uyğunlaşmaq bacarığı
Навыки: Nasos qurğuları, Workover, Yüksək təzyiqli nasoslar, Quyu yuyulması, Sirkulyasiya, Maye vurulması, Texniki təhlükəsizlik, SƏTƏM, Texniki xidmət, Texniki hesabatlar