Bir ekosisteminin Ödənişlər biznesində strateji partnyorluqların qurulması və inkişafı, yeni biznes imkanlarının yaradılması və ekosistem məhsullarının bazar mövqeyinin gücləndirilməsi istiqamətində təşəbbüskar rol oynayacaq, biznesin davamlı inkişafına töhfə verəcək peşəkar axtarırıq.
Vəzifə öhdəlikləri
Qarşıya qoyulmuş strateji hədəflərə çatmaq üçün prosesləri qurmaq və nəzarət etmək;
Bazar və rəqib təhlilləri aparmaq, inkişaf imkanları üzrə təkliflər hazırlamaq;
Partnyorlarla əməkdaşlıq zamanı yaranan suallar və müraciətləri operativ şəkildə araşdırmaq və həllini təmin etmək;
Bazarda olan yeni strateji partnyorların cəlb edilməsini təmin etmək;
Partnyorlarla münasibətləri inkişaf etdirmək və mütəmadi olaraq görüşlər keçirmək;
Partnyor məmnuniyyətini artırmaq üçün xidmət səviyyəsini davamlı olaraq təkmilləşdirmək və operativ həllər təklif etmək;
Ekosistem məhsulları və xidmətləri üzrə partnyor kampaniyalarının hazırlanması və icrasına rəhbərlik etmək;
Partnyor portfelinin inkişaf strategiyasını hazırlamaq və effektiv icrasını təmin etmək.
Tələblər
Ali təhsil;
Partnyor şəbəkəsinin idarə edilməsi üzrə rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi;
Strateji planlaşdırma, bazar və rəqib təhlili üzrə bilik və təcrübə;
Biznes danışıqlarının aparılması və strateji tərəfdaşlıqların qurulması bacarığı;
Partnyor münasibətlərinin idarə edilməsi və uzunmüddətli əməkdaşlıqların inkişaf etdirilməsi təcrübəsi;
Güclü liderlik, komandanı idarəetmə, motivasiya etmə və nəticəyönümlü yönləndirmə bacarığı;
Yüksək səviyyədə Azərbaycan, rus və ingilis dili biliyi;
Güclü analitik düşünmə və problem həll etmə qabiliyyəti;
Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə;
Problem həlletmə bacarığı və nəticəyönümlülük;
Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma.
Üstünlüklər
Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
Şirkət haqqında
Bir Azərbaycanda gündəlik həyatı daha rahat və əlçatan etmək məqsədilə bankçılıq, ödənişlər, e-ticarət və innovativ rəqəmsal xidmətləri bir araya gətirən Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemidir.
Bir ekosistemi Birbank, Birmarket, m10, Milliön və Future Lab kimi əsas brendləri vahid çətir altında birləşdirərək Azərbaycanın maliyyə xidmətləri, rəqəmsal ödənişlər, e-ticarət və innovasiya sahələrinin inkişafında aparıcı rol oynayır.
Burada işləmək texnologiya ilə dəyər yaratmaq, milyonlarla insana real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır. Bir ekosistemində ideyalar real məhsullara çevrilir, fərqli biznes və sahələr isə öyrənmək, inkişaf etmək və karyeranı istədiyin istiqamətdə qurmaq üçün geniş fürsətlər yaradır.
Навыки: Strateji planlaşdırma, Bazar təhlili, Rəqib təhlili, Biznes danışıqları, Strateji tərəfdaşlıqlar, Partnyor münasibətlərinin idarə edilməsi, Partnyor şəbəkəsinin idarə edilməsi, Komanda idarəetməsi, Azərbaycan dili, Rus dili, İngilis dili