Təsvir
- SƏTƏM fəaliyyətini təşkil etmək, şöbə işçilərinin idarə edilməsi, tapşırıqların bölüşdürülməsi, nəzarət, SƏTƏM üzrə illik məqsədlər və hədəflər qoymaq və həyata keçirmək;
- Sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil etmək və bu istiqamətdə rəhbərliyə təkliflər vermək;
- İstehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətinin təhlil edilməsi, qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsinə nəzarət etmək;
- Salamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, mülki müdafiə və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahələri üzrə işlərin planlaşdırılmasının təşkilinə və icrasına nəzarət etmək;
- Ətraf mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsi, ekoloji şəraitin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə nəzarəti təşkil etmək;
- Müəssisələrin ətraf mühitə təsirlərinin əvvəlcədən qiymətləndirilməsi üzrə işlərin təşkili və nəticələrin rəhbərliyə çatdırılmasını təmin etmək;
- Yanğın təhlükəsizliyi üzrə yoxlamaları həyata keçirən orqanlarla qarşılıqlı əlaqələrin qurulması və onlar tərəfindən irəli sürülən qanuni tələb və göstərişlərin icrasını təşkil etmək.
Tələblər
- Ali təhsil (əməyin mühafizəsi, texniki və ya mühəndislik sahəsi üzrə).
- SƏTƏM sahəsində minimum 7 il rəhbər olaraq 3 il iş təcrübəsi.
- Şöbə rəhbəri vəzifəsi üçün rəhbərlik təcrübəsi.
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericiliyi bilmək.
- ISO 45001 və ISO 14001 standartları üzrə biliklər.
- Azərbaycan dili səlis, İngilis dilində (Minumum B1) anlayışlar, Rus dili arzuolunandır.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Pasha Loyalty program "Dəyərlisən"
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Навыки: SƏTƏM, Əməyin mühafizəsi, Texniki təhlükəsizlik, Mülki müdafiə, Yanğın təhlükəsizliyi, Ətraf mühitin mühafizəsi, ISO 45001, ISO 14001, Rəhbərlik, Azərbaycan dili, İngilis dili, Rus dili