Kopirayter

Kontakt Home

Компания
Kontakt Home
Город
Bakı
Формат работы
В офисе
Занятость
Полная занятость
Откликнуться до
17.12.2026
  • Sosial media çarxları, kampaniya videoları, Reels və TikTok üçün kreativ ideyaların və dinamik ssenarilərin hazırlanması;
  • Sosial media trendlərinə uyğun video konseptlərin və yaradıcı məzmunların hazırlanması;
  • Hazırlanan ssenarilərin ideyadan videoya çevrilməsi prosesində kontent və prodakşn komandası ilə əməkdaşlıq edilməsi;
  • Video çəkilişləri zamanı mətnlərin kadrda təbii və uyğun səslənməsinin təmin edilməsi;
  • Müxtəlif kampaniyalar üçün kreativ sloqanların və reklam mətnlərinin yazılması;
  • Banner başlıqları, sosial media postları, SMS və push bildirişləri üçün məzmunların hazırlanması;
  • Yeni layihə və video konseptlərin ideya mərhələsində aktiv iştirak edilməsi;
  • Komanda müzakirələrində və beyin fırtınalarında yaradıcı təkliflərin irəli sürülməsi;
  • Kontakt brendinin səmimi, aydın və insan yönümlü kommunikasiya tonunun qorunması;
  • Video və yazılı kommunikasiyalarda brend üslubuna uyğun məzmunların hazırlanması.

Tələblər

  • Ali təhsil;
  • Kopiraytinq, ssenaristlik və ya kontent yaradıcılığı sahəsində 1-2 il iş təcrübəsi;
  • Junior namizədlər üçün güclü portfolio və yaradıcı potensial;
  • Vizual düşünmə və storytelling bacarığı, ideyaları vizual məzmun kimi təsəvvür etmək qabiliyyəti;
  • Azərbaycan dilində səlis, təbii və qrammatik cəhətdən düzgün yazı bacarığı;
  • Qısa, konkret və yaddaqalan mətnlər hazırlamaq vərdişi;
  • Reels, TikTok və Shorts kimi sosial media video trendləri, lokal yumor və gündəmlə yaxından tanışlıq;
  • Komanda ilə işləmək, öyrənmək və konstruktiv rəylərə açıq olmaq;
  • Süni intellekt alətlərindən istifadə bacarığı və ya bu sahədə öyrənməyə həvəs;
  • Kreativ düşüncə, təşəbbüskarlıq və yeni ideyalar irəli sürmək bacarığı.

Навыки: Kopiraytinq, Ssenaristlik, Kontent yaradıcılığı, Storytelling, Azərbaycan dili, Reels, TikTok, Shorts, Süni intellekt alətləri, Brend üslubu