Mühəndis

Dövlət Radiotezliklər İdarəsi

Компания
Dövlət Radiotezliklər İdarəsi
Город
Naxçıvan
Формат работы
В офисе
Занятость
Полная занятость
Откликнуться до
09.12.2026
  • Xidməti ərazilər üzrə radiorabitə, televiziya, radioyayım və digər radioşəbəkələr üzrə planlı və operativ radionəzarət tədbirlərini həyata keçirmək;
  • Radiotezliklərin elektromaqnit uzlaşmasını qiymətləndirmək, efir məkanında küy səviyyəsini ölçmək və müvafiq texniki təhlillər aparmaq;
  • Xidməti ərazilər üzrə fəaliyyət göstərən radiomonitorinq stansiyalarının fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etmək, profilaktik texniki baxışlar keçirmək və nasazlıqların aradan qaldırılmasını təşkil etmək;
  • Stasionar və səyyar radiomonitorinq vasitəsilə icazəsiz radiotezlik istifadəsini və kənar yayımları müəyyən etmək;
  • Radioelektron vasitələrin (REV) texniki vəziyyətini və istismarının müvafiq icazə şərtlərinə uyğunluğunu yoxlamaq;
  • Texniki baxış aktlarını hazırlamaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək, REV-lərin möhürlənməsi və möhürlərinin açılması işlərini yerinə yetirmək;
  • İcazəsiz istismar olunan REV-ləri aşkar etmək, onların uçotunu aparmaq və qeydiyyat məlumatlarının yenilənməsini təmin etmək;
  • Radiomaneə mənbələrini müəyyənləşdirmək, müvafiq ölçmələr aparmaq və maneələrin aradan qaldırılması üçün tədbirlər görmək;
  • Ölçmə və yoxlama nəticələri üzrə aktlar, arayışlar və hesabatlar hazırlamaq, daxil olan müraciət və sorğulara səlahiyyətləri çərçivəsində baxmaq;
  • Təhkim olunmuş avadanlıqların və ölçü cihazlarının sazlığını və mühafizəsini təmin etmək, əməyin mühafizəsi, yanğın və texniki təhlükəsizlik qaydalarına tam riayət etmək.

Tələblər

  • Telekommunikasiya, radiotexnika, elektrik və elektronika mühəndisliyi və ya əlaqəli texniki ixtisas üzrə ali təhsil;
  • Radiotexnika, telekommunikasiya, şəbəkə inzibatçılığı və ya radiomonitorinq sahəsində minimum 2 il iş təcrübəsi;
  • Radiotezliklər, radioelektron avadanlıqlar və ölçmə prosesləri üzrə biliklər;
  • Texniki nasazlıqları müəyyənləşdirmək, təhlil etmək və aradan qaldırmaq bacarığı;
  • Ölçmə nəticələrini təhlil etmək, sistemləşdirmək, akt və hesabatlar hazırlamaq bacarığı;
  • Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı;
  • “B” kateqoriyalı sürücülük vəsiqəsi;
  • Analitik və sistemli düşünmə;
  • Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət;
  • Operativ qərarvermə və problem həll etmə bacarığı;
  • Nəticəyönümlülük və iş proseslərini səmərəli təşkil etmək bacarığı.

Навыки: Radiomonitorinq, Radiotezliklər, Radioelektronika, Telekommunikasiya, Şəbəkə inzibatçılığı, Ölçmə prosesləri, Elektromaqnit uzlaşması, Texniki diaqnostika, Microsoft Office, Texniki hesabatlar, Sürücülük vəsiqəsi B