Data elmi üzrə ekspert - Analitika və Aİ ekspert mərkəzi

Birbank

Компания
Birbank
Город
Bakı
Формат работы
В офисе
Занятость
Полная занятость
Откликнуться до
18.12.2026

Biz böyük data ilə işləmək və analitik modellər yaratmaq üçün təcrübəli və istedadlı Data Scientist axtarırıq. Maşın öyrənmə alqoritmlərinin işlənib hazırlanması, tətbiqi və optimallaşdırılması və məlumat analitikasından dəyərli biznes fikirlərini çatdırmaq üçün məsuliyyət daşıyacaqsınız. Əgər siz mürəkkəb problemləri həll etməyi və məhsul və prosesləri təkmilləşdirmək üçün bacarıqlarınızdan istifadə etməyi sevirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.

Vəzifə öhdəlikləri

  • Modəlləşmə alətlərində (Dataiku, Python) işləmə qabiliyyəti;
  • Statistik modelləşmə / maşın öyrənməsi / məlumatların əldə olunması (data mining) ilə bağlı anlayışın olması;
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti.

Tələblər

  • Statistik modellərin (kreditlərin verilməsi, müştərilərin seqmentləşdirilməsi və təqibi, müştəri davranışı əsasında kredit limitlərinin idarə olunması, qurulması;
  • Modellər üzrə hesabatların hazırlanması, avtomatlaşdırılması və təqdimatı;
  • Modellərin sistemə tədbiqində iştirak etmək, düzgün işləkliyinin test olunması;
  • Tətbiq olunmuş modellər və məlumat bazaları üzrə monitorinqlərin aparılması.

Üstünlüklər

Ekosistem səviyyəsində öyrənmə imkanları

Mentorluq və peşəkar inkişaf

Milyonlarla müştəri üçün real təsir yaratmaq

Dəstəkləyici və açıqfikirli mədəniyyət

Texnologiya və biznesin kəsişməsində karyera imkanı

Rəqabətli əməkhaqqı və bonuslar

Yüksək təminatlı sığorta

Visa Premium əməkhaqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət günləri

Şirkət haqqında

Bir Azərbaycanda gündəlik həyatı daha rahat və əlçatan etmək məqsədilə bankçılıq, ödənişlər, e-ticarət və innovativ rəqəmsal xidmətləri bir araya gətirən Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemidir.

Bir ekosistemi Birbank, Birmarket, m10, Milliön və Future Lab kimi əsas brendləri vahid çətir altında birləşdirərək Azərbaycanın maliyyə xidmətləri, rəqəmsal ödənişlər, e-ticarət və innovasiya sahələrinin inkişafında aparıcı rol oynayır.

Burada işləmək texnologiya ilə dəyər yaratmaq, milyonlarla insana real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır. Bir ekosistemində ideyalar real məhsullara çevrilir, fərqli biznes və sahələr isə öyrənmək, inkişaf etmək və karyeranı istədiyin istiqamətdə qurmaq üçün geniş fürsətlər yaradır.

Навыки: Dataiku, Python, Statistik modelləşdirmə, Maşın öyrənməsi, Data mining, Məlumat analitikası, Məlumat bazaları, Model monitorinqi