Müştəri müraciətlərini müxtəlif kanallar vasitəsilə operativ şəkildə cavablandıraraq düzgün və dolğun məlumat təqdim edərək, müştəri məmnuniyyətinin təmin olunmasına dəstək olursunuz. Şikayətləri qeydə alaraq, uyğun şöbələrə yönləndirir və kampaniyalar, ödəniş mexanizmləri barədə müştəriləri məlumatlandırırsınız.
Vəzifə öhdəlikləri
- Müştərilərdən daxil olan sual və müraciətləri operativ şəkildə qiymətləndirərək düzgün həll yolları təqdim etmək və müştəri məmnuniyyətini təmin etmək;
- Facebook, Instagram, çat, e-mail və digər platformalar vasitəsilə daxil olan müştəri müraciətlərini operativ cavablandırmaq, düzgün və tam məlumat təqdim etmək;
- Müştərilərə təqdim olunan xidmət və məhsullar barədə ətraflı və aydın məlumat vermək, onların düzgün qərar verməsinə dəstək olmaq;
- Cari kampaniyalar, endirimlər və xüsusi təkliflər barədə müştərilərə ətraflı məlumat vermək və onların bu fürsətlərdən faydalanmasına yardımçı olmaq;
- Daxili kredit, hissəli ödəniş və digər ödəniş mexanizmləri barədə müştəriləri məlumatlandırmaq və bu proseslərdə dəstək olmaq;
- Müştəri şikayətlərinin qeydə alınması və lazımi şöbələrə yönləndirilməsi.
Tələblər
- Pərakəndə satış mağazalarında (məişət texnikası, kosmetika, ətriyyat, məişət malları və s.) qeyri-ərzaq məhsulları (xüsusiyyətləri, təsviri, təfərrüatları) ilə bağlı bilik və təcrübə arzu olunandır;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti;
- Müştərilərlə səlis və aydın ünsiyyət qurmaq bacarığı;
- MS Ofis proqramlarından sərbəst istifadə bacarığı;
- Növbəli iş qrafiki və komandada işləmək qabiliyyəti;
- Klaviaturada sürətli çap etmək bacarığı.
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
Şirkət haqqında
Bir Azərbaycanda gündəlik həyatı daha rahat və əlçatan etmək məqsədilə bankçılıq, ödənişlər, e-ticarət və innovativ rəqəmsal xidmətləri bir araya gətirən Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemidir.
Bir ekosistemi Birbank, Birmarket, m10, Milliön və Future Lab kimi əsas brendləri vahid çətir altında birləşdirərək Azərbaycanın maliyyə xidmətləri, rəqəmsal ödənişlər, e-ticarət və innovasiya sahələrinin inkişafında aparıcı rol oynayır.
Burada işləmək texnologiya ilə dəyər yaratmaq, milyonlarla insana real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır. Bir ekosistemində ideyalar real məhsullara çevrilir, fərqli biznes və sahələr isə öyrənmək, inkişaf etmək və karyeranı istədiyin istiqamətdə qurmaq üçün geniş fürsətlər yaradır.
Навыки: Müştəri xidmətləri, Azərbaycan dili, Rus dili, MS Office, Qeyri-ərzaq məhsulları, Ödəniş mexanizmləri, Şikayətlərin qeydiyyatı, Sürətli yazı