Flutter developer - Ödənişlər biznesi

m10

Компания
m10
Город
Bakı
Формат работы
В офисе
Занятость
Полная занятость
Откликнуться до
06.12.2026

Flutter Developer IOS və Android üçün yüksək keyfiyyətli mobil tətbiqlərin hazırlanması və saxlanılmasına, məhsul, dizayn, backend, QA və DevOps komandaları ilə əməkdaşlıq edərək stabil və performanslı həllər yaradılmasında dəstək olacaqsınız.

Vəzifə öhdəlikləri

  • IOS və Android üçün Flutter əsaslı mobil tətbiqlərin hazırlanması, təkmilləşdirilməsi və saxlanılması
  • Məhsul, dizayn, backend, QA və DevOps komandaları ilə sıx əməkdaşlıq
  • Mövcud tətbiqin çoxmodullu arxitekturaya keçidinin həyata keçirilməsi
  • Tətbiqin keyfiyyətini artırmaq üçün avtomatlaşdırılmış testləşdirməyə keçidin təmin edilməsi
  • API-lərlə inteqrasiya və performans optimizasiyasının aparılması
  • Texniki borcun azaldılması və kod keyfiyyətinin davamlı olaraq yaxşılaşdırılması

Tələblər

  • Flutter və Dart ilə kommersiya layihələrində iş təcrübəsi
  • BLoC və ya oxşar state management yanaşmaları ilə işləmə bacarığı
  • REST API-lərlə inteqrasiya təcrübəsi
  • Çoxmodullu arxitektura prinsiplərini başa düşmək və tətbiq etmək bacarığı
  • Dependency injection alətləri (GetIT və ya oxşar) ilə işləmə təcrübəsi
  • AutoRoute və ya oxşar naviqasiya həlləri ilə işləmə təcrübəsi
  • Unit, Integration və Widget testlərinin yazılması üzrə təcrübə
  • DevOps prosesləri və CI/CD alətləri haqqında baza biliklər

Üstünlüklər

  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi krediti

Şirkət haqqında

Bir Azərbaycanda gündəlik həyatı daha rahat və əlçatan etmək məqsədilə bankçılıq, ödənişlər, e-ticarət və innovativ rəqəmsal xidmətləri bir araya gətirən Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemidir.

Bir ekosistemi Birbank, Birmarket, m10, Milliön və Future Lab kimi əsas brendləri vahid çətir altında birləşdirərək Azərbaycanın maliyyə xidmətləri, rəqəmsal ödənişlər, e-ticarət və innovasiya sahələrinin inkişafında aparıcı rol oynayır.

Burada işləmək texnologiya ilə dəyər yaratmaq, milyonlarla insana real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır. Bir ekosistemində ideyalar real məhsullara çevrilir, fərqli biznes və sahələr isə öyrənmək, inkişaf etmək və karyeranı istədiyin istiqamətdə qurmaq üçün geniş fürsətlər yaradır.

Навыки: Flutter, Dart, BLoC, REST API, Çoxmodullu arxitektura, Dependency Injection, GetIT, AutoRoute, Unit Testing, Integration Testing, Widget Testing, CI/CD