Məhsulların marketinqi üzrə ekspert

Bir

Компания
Bir
Город
Bakı
Формат работы
В офисе
Занятость
Полная занятость
Откликнуться до
01.12.2026

Bir ekosistemində məhsulların marketinq strategiyasını formalaşdıracaq, bazar imkanlarını müəyyən edəcək və müştəri ilə məhsul arasında effektiv kommunikasiya quracaq Product Marketing mütəxəssisi axtarırıq.

Vəzifə öhdəlikləri

  • Bazar, müştəri, trendlər və rəqiblər üzrə təhlillər aparmaq.
  • Keyfiyyət və kəmiyyət araşdırmaları vasitəsilə müştərilərin ehtiyaclarını, qarşılaşdıqları çətinlikləri (pain points), davranışlarını və gözləntilərini müəyyən etmək.
  • Müştəri seqmentlərini, personaları (buyer personas), dəyər təkliflərini (value propositions) və məhsulun bazarda mövqeləndirilməsini (product positioning) formalaşdırmaq.
  • Müxtəlif müştəri seqmentləri üçün aydın məhsul mesajları və kommunikasiya çərçivələri hazırlamaq.
  • Yeni məhsullar, funksionallıqlar və kampaniyalar üçün məhsul marketinqi strategiyalarını və bazara çıxış (Go-to-Market — GTM) planlarını hazırlamaq və həyata keçirmək.
  • Məhsulun bazara çıxarılması prosesini planlaşdırma mərhələsindən başlayaraq lansmandan sonrakı performansın qiymətləndirilməsinədək idarə etmək.
  • Müştəri səyahətini (Customer Journey) təhlil etmək və məhsul haqqında məlumatlılığın (Awareness), nəzərdən keçirilmənin (Consideration), aktivləşmənin (Activation), istifadənin (Usage) və müştəri saxlanmasının (Retention) artırılması imkanlarını müəyyən etmək.
  • Ən effektiv kommunikasiya kanallarını seçmək.
  • A/B testləri, seqmentləşdirilmiş kampaniyalar, trigger əsaslı və fərdiləşdirilmiş kommunikasiya ssenarilərini hazırlamaq və effektivliyini qiymətləndirmək.
  • Məhsuldan istifadənin, müştəri aktivliyinin (Engagement), saxlanmasının (Retention), loyallığının və çarpaz satış (Cross-sell) imkanlarının artırılmasına yönəlmiş təşəbbüslər hazırlamaq.
  • Kampaniya və məhsul marketinqi üzrə əsas performans göstəricilərini (KPI) mütəmadi təhlil etmək.
  • Əldə olunan nəticələr əsasında kommunikasiyaları, kampaniyaları və müştəri səyahətlərini davamlı optimallaşdırmaq.
  • Bütün müvafiq funksional komandalarla sıx əməkdaşlıq etmək.
  • Məhsulun funksional və texniki imkanlarını müştəri üçün aydın faydalara və marketinq mesajlarına çevirmək.
  • Müştəri və bazar rəylərini toplamaq, məhsulun təkmilləşdirilməsi üçün Product komandalarına praktik təkliflər və tövsiyələr təqdim etmək.
  • Bütün müştəri təmas nöqtələrində (Customer Touchpoints) məhsulun mövqeləndirilməsi və kommunikasiya mesajlarının ardıcıllığını və vahidliyini təmin etmək.
  • Bazar və sektor trendlərini, yeni müştəri davranışlarını və qabaqcıl təcrübələri (Best Practices) izləmək, yeni inkişaf və böyümə imkanlarını müəyyən etmək.

Tələblər

  • Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi.
  • Product Marketing, Strategic Marketing, CRM/CVM, Growth Marketing və ya əlaqəli sahələr üzrə iş təcrübəsinə üstünlük verilir.
  • Güclü analitik düşünmə və məlumatlara əsaslanan qərarvermə (Data-driven Decision Making) bacarıqları.
  • Müştəri, kampaniya və biznes performansını təhlil etmək, əldə olunan nəticələri praktik təşəbbüslərə çevirmək bacarığı.
  • Müştəri seqmentasiyası, məhsulun mövqeləndirilməsi (Product Positioning), dəyər təklifi (Value Proposition), müştəri səyahəti (Customer Journey) və GTM prinsipləri haqqında anlayış.
  • Marketinq kanalları və kampaniya mexanikaları haqqında biliklər.
  • A/B testləri, fərdiləşdirmə (Personalization) və müştəri həyat dövrü marketinqi (Customer Lifecycle Marketing) üzrə biliklərə üstünlük verilir.
  • Güclü kommunikasiya, təqdimat və maraqlı tərəflərlə münasibətlərin idarə edilməsi (Stakeholder Management) bacarıqları.
  • Müxtəlif funksional komandalarla effektiv əməkdaşlıq etmək bacarığı.
  • Güclü təşkilatçılıq və layihələrin idarə edilməsi bacarıqları, eyni zamanda bir neçə təşəbbüsü idarə etmək qabiliyyəti.
  • Müştəriyönümlü və kommersiya nəticələrinə fokuslanan düşüncə tərzi.
  • Proaktiv yanaşma, məsuliyyəti üzərinə götürmək (Ownership) və güclü problem həll etmə bacarıqları.
  • MS Excel və PowerPoint proqramlarında sərbəst işləmək bacarığı.
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; ingilis və/və ya rus dili bilikləri üstünlükdür.

Üstünlüklər

  • Ekosistem səviyyəsində öyrənmə imkanları
  • Mentorluq və peşəkar inkişaf
  • Milyonlarla müştəri üçün real təsir yaratmaq
  • Dəstəkləyici və açıqfikirli mədəniyyət
  • Texnologiya və biznesin kəsişməsində karyera imkanı
  • Rəqabətli əməkhaqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Visa Premium əməkhaqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət günləri

Şirkət haqqında

Bir Azərbaycanda gündəlik həyatı daha rahat və əlçatan etmək məqsədilə bankçılıq, ödənişlər, e-ticarət və innovativ rəqəmsal xidmətləri bir araya gətirən Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemidir.

Bir ekosistemi Birbank, Birmarket, m10, Milliön və Future Lab kimi əsas brendləri vahid çətir altında birləşdirərək Azərbaycanın maliyyə xidmətləri, rəqəmsal ödənişlər, e-ticarət və innovasiya sahələrinin inkişafında aparıcı rol oynayır.

Burada işləmək texnologiya ilə dəyər yaratmaq, milyonlarla insana real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır. Bir ekosistemində ideyalar real məhsullara çevrilir, fərqli biznes və sahələr isə öyrənmək, inkişaf etmək və karyeranı istədiyin istiqamətdə qurmaq üçün geniş fürsətlər yaradır.

Навыки: Marketinq, Bazar təhlili, Müştəri seqmentasiyası, Product Positioning, Value Proposition, Customer Journey, Go-to-Market, A/B testing, Customer Lifecycle Marketing, Kampaniya analitikası, Excel, PowerPoint