Rolio ATS — Azərbaycan şirkətləri üçün AI dəstəkli işə qəbul sistemi

Rolio — Azərbaycanda işə qəbul platformasıdır: şirkətlər vakansiyanı Rolio ATS-də yaradır, elan rolio.az-da iş axtaranlara görünür, müraciətlər ATS-də mərhələlər üzrə toplanır. AI vakansiya mətnini yazır, hər müraciəti vakansiyaya qarşı skorlayır və balın səbəbini göstərir — komandana yalnız qərar vermək qalır.

  1. Vakansiyanı AI ilə bir neçə dəqiqəyə yaz və dərc et
  2. Hər müraciət avtomatik skorlanır
  3. Ən uyğun namizədlərlə müsahibəyə başla

Rolio ATS-də nə var

Cəlb et və yarat

Skrininq və qiymətləndirmə

Axtarış və analitika

Uyğunluq balı necə hesablanır

Bir tərəfdə məlumat yoxdursa (məsələn, vakansiyada maaş göstərilməyib), o hissə hesaba qatılmır — boş məlumat namizədə hazır bal vermir.

Namizədlər üçün də rahat

Müraciət edən hər kəs öz portalını alır: pulsuz CV analizi, müraciətin mərhələsini izləmə, Telegram-dan bildiriş. Nəticə — daha çox keyfiyyətli müraciət və daha güclü işəgötürən imici.

Qiymətlər

Bütün planlar əsas ATS funksiyalarını daşıyır — fərq komanda ölçüsü və AI istifadə həcmindədir.

Starter — 35 ₼ / vakansiya

Arabir işçi axtaran kiçik şirkətlər üçün. 1 vakansiya, 30 gün aktiv.

Pro — 160 ₼ / ay

Aktiv işə qəbul aparan komandalar üçün.

Business — 499 ₼ / ay

Çoxlu vakansiyası olan HR komandaları üçün.

Enterprise — fərdi təklif

Böyük komandalar və holdinqlər üçün: AI limitləri şirkətin həcminə görə, xüsusi SLA və dəstək, fərdi inteqrasiyalar.

Tez-tez soruşulanlar

ATS nədir və Rolio ATS nə edir?

ATS (Applicant Tracking System) — işə qəbul prosesini bir yerdə idarə edən sistemdir. Rolio ATS-də vakansiyanı yaradırsan, o rolio.az-da namizədlərə görünür, müraciətlər mərhələlər üzrə (Yeni, Skrininq, Müsahibə, Təklif) toplanır, AI hər CV-ni vakansiyaya qarşı qiymətləndirir, müsahibələr və təkliflər eyni yerdən idarə olunur.

Qurulması nə qədər vaxt aparır?

Qeydiyyatdan sonra ilk vakansiyanı bir neçə dəqiqəyə yarada bilərsən — AI vakansiya mətnini sənin əvəzinə yazır, sən yalnız düzəliş edib dərc edirsən.

AI hansı dildə işləyir?

Roli AI, CV skorlama və vakansiya yazma köməkçisi Azərbaycan dilində işləyir.

AI skorlama nəyə əsasən hesablanır?

İki bal var. Uyğunluq balı — bacarıq üst-üstə düşməsi (35%), təcrübə illəri (25%), maaş gözləntisi (20%), məkan (10%) və təhsilin (10%) sabit qayda ilə çəkili ortası; bir tərəfdə məlumat yoxdursa, o hissə hesaba qatılmır. AI CV skoru — AI namizədin CV-sini vakansiyanın tələbləri ilə kateqoriyalar üzrə oxuyur, hər kateqoriyaya bal və səbəbini yazır. Qərarı AI yox, işəgötürən verir.

Rolio ATS neçəyədir?

Starter — vakansiya başına 35 ₼ (aylıq abunə yoxdur, vakansiya 30 gün aktiv qalır). Pro — ayda 160 ₼. Business — ayda 499 ₼. Böyük komandalar üçün Enterprise fərdi təklifdir. Fərq komanda ölçüsü və AI istifadə həcmindədir.

Starter necə işləyir?

Starter-də aylıq abunə yoxdur — hər vakansiya ayrıca alınır. Dərc etdiyin vakansiya 30 gün aktiv qalır, AI limitləri (Roli AI, namizəd axtarışı, CV skorinqi, vakansiya mətni) həmin vakansiya ilə gəlir.

Planı sonra dəyişmək olarmı?

Bəli — planını istənilən vaxt dəyişə bilərsən, mövcud vakansiya və namizəd datan saxlanılır.

Şirkət kimi qeydiyyatdan keç · Rolio ATS-ə daxil ol · Demo üçün: [email protected]