- Satış proqnozları və daxil olan sifarişlər əsasında gündəlik, həftəlik və aylıq istehsal planlarının hazırlanmasında iştirak etmək;
- İstehsal planlarına uyğun xammal və qablaşdırma materiallarına olan tələbatı hesablamaq və satınalma şöbəsinə təqdim etmək;
- Hazır məhsul və xammal stoklarını gündəlik izləmək, minimum və maksimum ehtiyat səviyyələrinə nəzarət etmək;
- Satış, istehsalat, satınalma, logistika və anbar şöbələri ilə planlama üzrə məlumat mübadiləsini və koordinasiyanı təmin etmək;
- İstehsal planlarının faktiki icrasını izləmək, plan və fakt göstəriciləri arasındakı fərqləri təhlil etmək;
- Satış proqnozları ilə faktiki satışları müqayisə etmək, tələbatdakı dəyişiklikləri müəyyən etmək;
- Artıq stokların yaranmasının və məhsul çatışmazlığının qarşısını almaq üçün müvafiq təkliflər hazırlamaq;
- Xammal çatışmazlığı, istehsal gecikmələri və sifariş dəyişiklikləri barədə aidiyyəti şöbələri vaxtında məlumatlandırmaq;
- Anbarların mövcud tutumunu və məhsulların dövriyyəsini nəzərə alaraq məhsul ehtiyatlarının planlaşdırılmasında iştirak etmək.
Tələblər
- Təhsil: Ali;
- İş təcrübəsi: 1-3 il;
- Kompüter bilikləri: MS Ofis (Excel, Word, PowerPoint, Outlook);
- Dil bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır;
Şəxsi Keyfiyyətlər:
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Güclü təşkilatçılıq və zamanın idarə olunması qabiliyyəti;
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü yanaşma.
İş şəraiti:
- İş saatı: 09:00-dan 18:00-dək;
- İstirahət: Şənbə və bazar günü;
- İş yeri: Luxen Plaza.
Biz nə təklif edirik:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Şəhərin mərkəzində ofis;
- Dinamik və gənc komanda ilə iş imkanı.
Skills: Excel, Word, PowerPoint, Outlook, İngilis dili, Rus dili, İstehsal planlaşdırılması, Stok idarəetməsi, Tələbat planlaşdırılması, Satış proqnozlaşdırması