Vəzifə haqqında
Strateji planlaşdırma, biznesin inkişafı və idarəetmə qərarlarının hazırlanması istiqamətində fəaliyyət göstərəcək təcrübəli mütəxəssis axtarılır.
Əsas vəzifə öhdəlikləri:
- Biznes və idarəetmə proseslərinin təhlili, inkişaf imkanlarının müəyyənləşdirilməsi;
- Strateji təşəbbüslərin və inkişaf planlarının hazırlanması;
- Bazar, sektor və rəqabət mühitinin araşdırılması;
- İdarəetmə qərarları üçün analitik hesabatların və təqdimatların hazırlanması;
- Müxtəlif struktur bölmələri ilə əməkdaşlığın və işlərin koordinasiyası;
- Fəaliyyət göstəricilərinin təhlili və effektivliyin artırılması üzrə təkliflərin hazırlanması.
Tələblər
Tələblər:
- Ali təhsil;
- Analitik düşüncə və məlumat əsasında qərarvermə bacarığı;
- Excel və PowerPoint proqramları ilə yüksək səviyyədə işləmək bacarığı;
- Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərini səlis bilmək;
- Güclü kommunikasiya, təqdimat və problem həll etmə bacarıqları.
İri korporativ şirkətlərdə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Skills: Strateji planlaşdırma, Biznes təhlili, Bazar araşdırması, Rəqabət təhlili, Analitik hesabatlar, Təqdimat hazırlama, Excel, PowerPoint, Azərbaycan dili, İngilis dili, Rus dili