Təcrübəçi / Kiçik mühasib

RAHAT Supermarketlər şəbəkəsi

Company
RAHAT Supermarketlər şəbəkəsi
City
Bakı
Work mode
On-site
Employment
Full-time
Apply by
22.11.2026

Əsas vəzifə öhdəlikləri:

  • İlkin mühasibat sənədlərinin yoxlanılmasında və mühasibat uçotu sisteminə daxil edilməsində iştirak etmək
  • Alış, satış və qaytarma əməliyyatlarının uçotunun aparılmasına dəstək göstərmək
  • Mağazalar üzrə kassa və POS-terminal hesabatlarının yoxlanılmasında iştirak etmək
  • Bank və kassa əməliyyatlarının uçotuna dəstək göstərmək
  • Təchizatçılarla üzləşdirmələrin aparılmasında iştirak etmək
  • Ay bağlanışı və dövri hesabatların hazırlanması proseslərinə dəstək göstərmək
  • Mühasibat sənədlərinin sistemləşdirilməsini və arxivləşdirilməsini təmin etmək
  • Rəhbər tərəfindən verilən digər mühasibatlıq tapşırıqlarını yerinə yetirmək

Namizədə dair tələblər:

  • Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil almaq və ya müvafiq ixtisas üzrə sonuncu kurs tələbəsi olmaq
  • Mühasibat uçotunun əsasları üzrə ilkin nəzəri biliklərə malik olmaq
  • MS Excel proqramında baza səviyyəsində işləmək bacarığı
  • 1C və ya digər ERP sistemləri üzrə biliklərə üstünlük verilir
  • ACCA F3 (Financial Accounting) üzrə biliklərə və ya müvafiq imtahanı uğurla vermiş namizədlərə üstünlük verilir
  • Öyrənməyə həvəsli olmaq, detallara diqqət yetirmək və komanda ilə işləmək bacarığı
  • İş təcrübəsi tələb olunmur

İş şərtləri:

  • İş yeri: Rahat Supermarketlər şəbəkəsi
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • Əmək haqqı: Namizədin bilik və bacarıqları nəzərə alınmaqla, müsahibə əsasında müəyyən ediləcək

Skills: Mühasibat uçotu, Maliyyə uçotu, Excel, ERP, 1C, ACCA F3