HR Business Partner (HRBP)

JYSK

Company
JYSK
City
Bakı
Work mode
On-site
Employment
Full-time
Salary
2000 AZN
Apply by
23.11.2026

Maaş: 2000

JYSK Azerbaijan komandasına HR Business Partner (HRBP) axtarır!

Biz HR sahəsində təcrübəli, strateji düşüncəyə malik və biznesin inkişafına töhfə verməyə hazır peşəkar axtarırıq.

Əsas vəzifələr:

  • HR strategiyasının həyata keçirilməsi və rəhbərlərə HR məsələləri üzrə dəstək göstərilməsi.
  • İşə qəbul və yeni əməkdaşların adaptasiya proseslərinin idarə edilməsi.
  • Əməkdaşların təlim və inkişaf proqramlarının təşkili, kadr ehtiyatının formalaşdırılması.
  • HR göstəricilərinin təhlili, kadr axınının azaldılması və əməkdaşların şirkətdə saxlanılması üzrə tədbirlərin görülməsi.
  • HR komandasının idarə edilməsi və HR layihələrinin həyata keçirilməsi.
  • Əmək qanunvericiliyinə və şirkətin daxili siyasətlərinə riayət olunmasının təmin edilməsi.

Namizədə tələblər:

  • HR, menecment, psixologiya və ya əlaqəli sahələr üzrə ali təhsil.
  • HR sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə.
  • Komandanın idarə edilməsi, HR analitikası və əməkdaşların inkişafı üzrə bacarıqlar.
  • Azərbaycan və rus dillərini sərbəst bilmək.
  • İngilis dili biliyi üstünlükdür.

Biz nə təklif edirik:

  • Beynəlxalq şirkətdə işləmək imkanı.
  • Peşəkar inkişaf və karyera yüksəlişi.
  • Biznesin inkişafına təsir göstərmək və beynəlxalq HR layihələrində iştirak etmək imkanı.
  • Əmək haqqı: 2000 AZN

Skills: HR strategiyası, İşə qəbul, Onboarding, Təlim və inkişaf, HR analitikası, Kadr ehtiyatı, Əmək qanunvericiliyi, Komanda idarəetməsi, Azərbaycan dili, Rus dili, İngilis dili