Qeydiyyatçı / Koordinator (klinika)

SwissDent

Company
SwissDent
City
Bakı
Work mode
On-site
Employment
Full-time
Apply by
20.11.2026

Swissdent klinikası olaraq həm şəxsi, həm də karyera olaraq daim inkişafa və elmlənməyə meyilli, sosial məsuliyyətli və insana dəyər verən, o cümlədən yüksək şəxsi keyfiyyətlərə və motivasiyaya sahib şəxsləri hazırda genişlənməkdə olan komandamıza qoşulmağa dəvət edirik.

İş barəsində məlumat:

  • Pasiyentlər üçün komfortlu, planlı və sürətli müalicə şəraitinin təşkili və təmini
  • Pasiyentlərlə klinika daxili və müalicə sonrası ünsiyyətin qurulması
  • Ziyarət zamanı pasiyentlərin klinika daxili hərəkətinin təşkili və nəzarətdə saxlanılması
  • Müalicə planının qeydiyyatının aparılması
  • Müalicə planının tərkibi, mərhələləri, ödəniş üsulları haqqında pasiyentlərin məlumatlandırılması
  • Xəstələrin müayinəsi və müalicəsi zamanı pasiyenti müşayiət
  • Xəstələrə klinika xidmətlərinin və müalicə variantlarının təqdimatı və satışının təmini
  • Xəstə məmnuniyyətinin və loyallığının təmini və artırılması
  • Tələb olunduğu qaydada müvafiq hesabatların hazırlanması
  • 6 günlük iş rejimi

Tələblər:

  • Ali təhsil
  • Stomatoloji klinikada təcrübəsi olanlara üstünlük veriləcək
  • MS Office (Word, Excel, Outlook) proqramlarında işləmə bacarığı
  • Azərbaycan dilində səlis danışıq, Rus dili arzu olunandır
  • Yüksək səviyyədə müştəriyönümlülük və ünsiyyət qabiliyyəti (səlis nitq, empatiya qurma, dinləmə)
  • Təşkilatçılıq və problem həll etmə bacarığı
  • Biznes etikaya həssaslıq, stressə davamlılıq, komandada işləmə qabiliyyəti
  • Satış və marketinqdə iş təcrübəsi üstünlükdür

Maraqlananlar şəxslər mövzu hissəsinə "Koordinator" yazmaqla müraciət edə bilər.

Skills: Word, Excel, Outlook, Azərbaycan dili, Rus dili, Müştəri xidməti, Satış, Marketinq, Hesabat hazırlama