İstehsal və idxal-ixrac əməliyyatlarının uçotu üzrə mühasib

A+CO ASC

Company
A+CO ASC
City
Bakı
Work mode
On-site
Employment
Full-time
Apply by
29.11.2026

Vəzifə öhdəlikləri:

  • Mal-material ehtiyatlarının mədaxil və məxariclərinin uçotunun izlənməsi, istehsalla birbaşa bağlı uçot məlumatlarının işlənilməsi
  • Xərc smetasının icrası, istehsalla bağlı işlərin görülməsi və xidmətlərin göstərilməsinin uçotu
  • Ehtiyyatların nəzarəti: İtkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi
  • Sistemə yeni mal-material adlarının və sərfiyyat kartlarının daxil edilməsi
  • Mövcud hazır mal-materialın maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanılması
  • Məhsullar üzrə mal-materialın maya dəyərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqayisənin aparılması
  • Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itkilər) planlaşdırılmış göstəricilərin müqayisə olunması
  • Aylıq istehsal olunmuş məhsulların maya dəyərinin düzgün formalaşmasının təmin edilməsi
  • İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin edilməsi
  • Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması
  • İdxal əməliyyatlarının uçotu (İdxal olunmuş malların maya dəyərinin formalaşdırılması)
  • İxrac əməliyyatlarının uçotu
  • İdxal və ixrac üzrə debitor, kreditor üzləşmələrinin aparılması
  • Mühasibatlıq sənədlərinin qorunub saxlanılmasının təmin edilməsi, müəyyən olunmuş qaydada arxivləşdirilməsi
  • Rəhbərlik tərəfindən tapşırıqların icrası

Bilik və bacarıqlar:

  • Excel yaxşı səviyyədə
  • Logo Tiger yaxşı səviyyədə
  • ACCA F2, F3 sertifikatları və PMS (arzu olunandır) və ya bunlarla bağlı biliklər
  • Elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi (E-taxes, e-customs)

İş şəraiti:

  • İş yeri: Xırdalan, Həsən Əliyev küç. 121 (Xırdalan Şərab Zavodu)
  • İş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək, 5 günlük
  • Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı - Bilik və bacarıqlara uyğun təyin olunacaq

Skills: Excel, Logo Tiger, ACCA F2, ACCA F3, PMS, E-taxes, e-customs, Mühasibat uçotu, Ehtiyat uçotu, Maya dəyəri, İdxal-ixrac uçotu, Debitor-kreditor üzləşməsi