Büdcə və mühasibat uçotu üzrə aparıcı mütəxəssis

Veysəloğlu Şirkətlər Qrupu

Company
Veysəloğlu Şirkətlər Qrupu
City
Bakı
Work mode
On-site
Employment
Full-time
Apply by
02.12.2026

Ümumi məlumat

#Veysəloğlu Şirkətlər Qrupu #Büdcə və mühasibat uçotu üzrə Aparıcı Mütəxəssis Mühəndisi #vakansiyasını elan edir.

Öhdəliklər

  • Şirkətin gündəlik maliyyə əməliyyatlarının ERP sistemində düzgün və vaxtında uçotda əks etdirilməsini təmin etmək.
  • Aylıq xərclərin uçotunu aparmaq, ay bağlanışı prosesini icra etmək və xərc analizi hesabatlarını hazırlamaq.
  • Maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Şirkətin pul vəsaitlərinin qalıqları haqqında məlumatları hazırlamaq və təqdim etmək.
  • Ödənişlərin planlaşdırılmasını və vaxtında icrasını təmin etmək.
  • Rəsmi (Vergi, Statistik, DSMF və digər aidiyyəti qurumlar) hesabatlarını hazırlamaq və müəyyən edilmiş müddətlərdə təqdim etmək.
  • Üzləşmələri aparmaq və uyğunsuzluqları araşdırmaq.
  • Büdcənin hazırlanması prosesində iştirak etmək, büdcənin icrasına və büdcə limitlərinə nəzarəti həyata keçirmək, büdcə-fakt analizlərini hazırlamaq və kənarlaşmaların səbəblərini araşdırmaq.
  • İş fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Büdcələmə, maliyyə hesabatlılığı və ya idarəetmə uçotu sahəsində minimum 3-5 il, rəhbər və ya aparıcı vəzifədə minimum 1-2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi üzrə biliklər;
  • Maliyyə hesabatlarının hazırlanması və büdcə nəzarəti üzrə praktiki təcrübə;
  • Analitik düşüncə, məlumatların təhlili, problem həll etmə və operativ qərarvermə bacarığı;
  • MS Excel (Advanced), ERP sistemləri üzrə yüksək səviyyədə bilik;
  • Yüksək məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı.
  • PMS sertifikatı arzuolunandır;

Skills: ERP, Mühasibat uçotu, Büdcələmə, Maliyyə hesabatlılığı, İdarəetmə uçotu, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mühasibat qanunvericiliyi, Excel, Büdcə nəzarəti, PMS sertifikatı