Vumes MMC komandamıza təcrübəli Kateqoriya Meneceri axtarır.
Əsas vəzifə öhdəlikləri:
- İdarə olunan məhsul kateqoriyaları üzrə strategiyanın hazırlanması və icrasının təmin edilməsi
- Kateqoriya üzrə satış, marketinq və maliyyə göstəricilərinin təhlili, müvafiq hesabatların hazırlanması
- Yeni məhsulların hazırlanması, bazara çıxarılması və inkişaf prosesinin idarə edilməsi
- Bazar araşdırmalarının aparılması, rəqiblərin və qiymət siyasətinin təhlili
- Kateqoriya üzrə marketinq və qiymət strategiyalarının hazırlanması və tətbiqinə dəstək göstərilməsi
- Satış komandası və digər struktur bölmələrlə koordinasiyalı əməkdaşlığın təmin edilməsi
Namizədə dair tələblər:
- Ali təhsil
- Kateqoriya menecmenti sahəsində minimum 5 il iş təcrübəsi
- Satış, marketinq və maliyyə göstəricilərinin təhlili, hesabatların hazırlanması üzrə bilik və təcrübə
- Bazar araşdırması, rəqabət təhlili və qiymət strategiyalarının formalaşdırılması bacarığı
- Güclü analitik düşünmə, planlaşdırma və qərarvermə bacarığı
- Komandada işləmək və effektiv kommunikasiya bacarığı
İş şəraiti:
- İş qrafiki: 5 günlük
- Nahar şirkət tərəfindən təmin olunur
Skills: Kateqoriya menecmenti, Satış analizi, Marketinq analizi, Maliyyə analizi, Hesabat hazırlama, Bazar araşdırması, Rəqabət təhlili, Qiymət strategiyası, Məhsul inkişafı