Vakansiya haqqında:
- Crystal Group of Companies Qarabağ bölgəsində həyata keçirilən tikinti layihəsində çalışmaq üçün peşəkar və təcrübəli Sahə Mühəndisi axtarır.
- Namizəd tikinti-quraşdırma işlərinin sahədə təşkilinə, layihə sənədlərinə və texniki tələblərə uyğun icrasına, işçi qüvvəsinin koordinasiyasına və tikinti işlərinin müəyyən edilmiş qrafikə uyğun aparılmasına cavabdeh olacaqdır.
- Bu vəzifə inşaat mühəndisliyi üzrə ali təhsilə, tikinti sahəsində geniş praktiki təcrübəyə və tikinti proseslərinin sahədə idarə olunması bacarığına malik mütəxəssislər üçün nəzərdə tutulub.
Əsas vəzifə öhdəlikləri:
- Tikinti-quraşdırma işlərinin sahədə təşkili, planlaşdırılması və icrasını təmin etmək
- Tikinti işlərinin təsdiq olunmuş layihə sənədlərinə, işçi çertyojlara və texniki spesifikasiyalara uyğun aparılmasına nəzarət etmək
- Tikinti işlərinin müəyyən edilmiş iş qrafikinə və texniki tələblərə uyğun icrasını təmin etmək
- İşçi qüvvəsinin və tikinti briqadalarının fəaliyyətini koordinasiya etmək
- Görülən işlərin həcmini, keyfiyyətini və texniki uyğunluğunu yoxlamaq
- Tikinti materiallarının, avadanlıqların və texniki vasitələrin sahədə düzgün istifadəsinə nəzarət etmək
The ATS/CRM platform making hiring easier in Azerbaijan.
For candidatesJobsCompaniesRemoteMy Portal
For employersPost a jobPricing
LegalTerms of UsePrivacy Policy
ConnectJoin Telegram
Hiring powered by JobPark
- Tikinti materialları və digər resurslara olan ehtiyacları müəyyənləşdirmək
- Layihə rəhbəri, ofis mühəndisi, iş icraçıları və digər texniki heyətlə koordinasiyalı işləmək
- Tikinti prosesində yaranan texniki problemləri müəyyən etmək və həlli istiqamətində müvafiq tədbirlər görmək
- Görülmüş işlərin həcmi və tikinti prosesinin gedişatı barədə hesabatlar hazırlamaq
- Tikinti işlərinin layihə-smeta sənədlərinə, tikinti norma və qaydalarına uyğun aparılmasını təmin etmək
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək
- Tikinti işlərinin müəyyən edilmiş müddətdə və tələb olunan keyfiyyətdə tamamlanmasını təmin etmək
Namizədə dair tələblər:
- İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil və müvafiq diplom mütləqdir
- Tikinti sahəsində minimum 5 il iş təcrübəsi
- Sahə mühəndisi və ya müvafiq texniki vəzifədə praktiki iş təcrübəsi
- Çoxmərtəbəli yaşayış binalarının və digər tikinti layihələrinin icrasında praktiki təcrübə
- Tikinti-quraşdırma işlərinin təşkili və icrası üzrə bilik və bacarıqlar
- Layihə sənədlərini, işçi çertyojları və texniki spesifikasiyaları oxumaq və tətbiq etmək bacarığı
- Tikinti norma və qaydaları, texniki standartlar və keyfiyyət tələbləri üzrə biliklər
- Tikinti materialları, iş həcmləri və iş qrafikləri ilə işləmək bacarığı
- AutoCAD və MS Office proqramlarında işləmək bacarığı
- Yüksək məsuliyyətlilik, operativlik və təşkilatçılıq bacarıqları
- Komandada işləmək və effektiv kommunikasiya bacarığı
- Qarabağ bölgəsində yerləşən layihədə işləməyə hazır olmaq
Qeyd: Maraqlanan namizədlərdən CV-lərini göndərmələri xahiş olunur. Mövzu: "Sahə Mühəndisi – Qarabağ". Layihənin konkret yerləşmə ərazisi ilkin vakansiya elanında konfidensial saxlanılır, müvafiq məlumat seçim mərhələsində namizədlə müzakirə ediləcək.
Skills: İnşaat mühəndisliyi, Tikinti-quraşdırma işləri, Layihə sənədləri, İşçi çertyojlar, Texniki spesifikasiyalar, Tikinti norma və qaydaları, Texniki standartlar, Keyfiyyətə nəzarət, Tikinti materialları, İş qrafikləri, AutoCAD, MS Office