AQA Şirkətlər Qrupu Caspian Plaza üçün "Elektrik" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Binaların elektrik sistemlərinin təhlükəsiz və fasiləsiz fəaliyyətinin təmin edilməsi;
- İşıqlandırma, rozetka, açar, kabel xətləri və elektrik avadanlıqlarının quraşdırılması, yoxlanılması və təmirinin həyata keçirilməsi;
- Elektrik panelləri, avtomat açarlar, kabellər və torpaqlama sistemlərinin texniki vəziyyətinə nəzarət edilməsi;
- Elektrik nasazlıqlarının, qısaqapanma və digər texniki problemlərin aşkarlanması və aradan qaldırılması;
- Elektrik avadanlıqlarının profilaktik baxış və texniki xidmət işlərinin aparılması;
- Generator və UPS sistemlərinin işinə nəzarət edilməsi, aşkar olunan nasazlıqlar barədə rəhbərliyə məlumat verilməsi;
- Elektrik ölçü cihazlarından istifadə etməklə yoxlama və ölçmə işlərinin aparılması;
- Lift, havalandırma və kondisioner sistemlərinin elektrik təchizatı ilə bağlı ilkin texniki yoxlamaların həyata keçirilməsi;
- Əməyin mühafizəsi, elektrik təhlükəsizliyi və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi;
- İcra olunan işlər, istifadə edilən materiallar və aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə müvafiq məlumatların təqdim edilməsi.
Tələblər
- Müvafiq sahə üzrə iş təcrübəsi (1-3 il);
- Elektrik və elektronik idarəetmə ilə işləyən avadanlıq və təchizatların konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilmək;
- Sertifikat/vəsiqə/lisenziya: müvafiq istiqamət üzrə arzuolunandır;
- Fiziki cəhətdən sağlam;
- Məsulliyyətlilik, punktuallıq;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Komandada işləmək bacarığı.
Əlavə məlumat:
- İş günləri: 5 günlük iş qrafiki, şənbə qısa iş günü, həftədə 1 gün istirahət günü;
- İş saatı: 09:00-18:00.
- Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən olunacaq.
Skills: Elektrik sistemləri, Elektrik avadanlıqları, Elektrik panelləri, Avtomat açarlar, Torpaqlama sistemləri, Generator sistemləri, UPS sistemləri, Elektrik ölçü cihazları, Elektrik təhlükəsizliyi, Yanğın təhlükəsizliyi, Elektrik və elektronika, Texniki xidmət