İnsan Resursları və İşlər İdarəsinin Sənəd dövriyyəsinin təşkili şöbəsi (Reception)

Xalq Bank

Company
Xalq Bank
City
Bakı
Work mode
On-site
Employment
Full-time
Apply by
27.11.2026
  • Bankın Baş ofisinə kağız daşıyıcıda daxil olan məktub korrespondensiyasını və sənədləri Bankdaxili qaydalara uyğun yoxlamaq, qəbul etmək, qeydiyyatını aparmaq və/və ya aidiyyəti üzrə təqdim edilməsini/göndərilməsini təşkil etmək;
  • Bankdan göndərilən məktub korrespondensiyalarını çeşidləmək və qeydiyyatını aparmaq;
  • Bankın kuryeri və xidmət müqaviləsi əsasında Bankla əməkdaşlıq edən daşıma şirkətləri vasitəsilə məktubların daşınmasını təmin etmək;
  • Bankın əməkdaşlarının daxil olan məktublar korrespondensiyaları və bankdan çıxan göndərişlər, onların çatdırılma məlumatları ilə bağlı sorğularının cavablandırılması;
  • Bankla əməkdaşlıq edən daşıma şirkətləri tərəfindən təqdim edilən hesab-fakturaları yoxlamaq, uyğunsuzluq olmadığı halda müvafiq ödənişlərin ödənilməsi məqsədilə sənədləri Bankın Mühasibat uçotu və hesabatlılıq İdarəsinə təqdim etmək.

Tələblər

  • Ali magistr təhsili;
  • Bu sahə üzrə 1 (bir) il iş təcrübəsinin olması arzuolunandır;
  • Azərbaycan dilini mükəmməl, Rus və İngilis dillərini bilən namizədlərə üstünlük veriləcək;
  • Kompüter bilikləri;
  • Ofis ləvazimatları ilə işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

Skills: Azərbaycan dili, Rus dili, İngilis dili, Kompüter bilikləri, Ofis avadanlıqları, Sənəd dövriyyəsi, Korrespondensiya qeydiyyatı, Hesab-faktura yoxlanışı