- Biznes prosesləri üzrə potensial risklərin müəyyən edilməsi və qiymətləndirilməsi prosesində mütəxəssislərə dəstək göstərmək;
- Risk reyestrlərinin və əsas risk indikatorları (KRI) üzrə məlumatların yenilənməsində iştirak etmək;
- Risklərin idarə edilməsi və daxili nəzarət üzrə hesabatların, təqdimatların və analitik cədvəllərin hazırlanması üçün məlumatları toplamaq, təhlil etmək və sistemləşdirmək;
- Daxili nəzarət yoxlamaları çərçivəsində müvafiq sənədlərin toplanmasına, yoxlama nümunələrinin seçilməsinə və nəticələrin sənədləşdirilməsinə dəstək vermək;
- Daxili qayda və prosedurların hazırlanması, biznes proseslərinin xəritələndirilməsi üzrə işlərdə iştirak etmək;
- Audit və daxili nəzarət yoxlamalarının nəticələri əsasında hazırlanmış tədbirlər planlarının icra vəziyyətinin izlənilməsinə və müvafiq məlumatların yenilənməsinə dəstək göstərmək;
- Risklərin idarə edilməsi və daxili nəzarət sahəsi üzrə qanunvericiliyi, daxili normativ sənədləri və beynəlxalq standartları araşdırmaq;
- Şöbənin gündəlik əməliyyat, analitik və inzibati fəaliyyətinə dəstək göstərmək.
Tələblər
- Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, audit və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
- Risklərin idarə edilməsi, daxili nəzarət və audit sahələrinə dair ilkin biliklərə malik olmaq;
- MS Excel, Word və PowerPoint proqramlarından istifadə bacarığına malik olmaq;
- Azərbaycan dilini mükəmməl, ingilis yüksək, rus dili biliyi üstünlükdür;
- Analitik düşünmə, məlumatlarla işləmə və araşdırma bacarığına malik olmaq.
Skills: Risklərin idarə edilməsi, Daxili nəzarət, Audit, Excel, Word, PowerPoint, Azərbaycan dili, İngilis dili, Rus dili, Məlumat təhlili, Biznes proseslərinin xəritələndirilməsi