Ümumi məlumat
Şirkətin məlumat infrastrukturlarının
qurulması və inkişaf etdirilməsi, məlumatların müxtəlif mənbələrdən toplanması,
emalı, inteqrasiyası və saxlanılması proseslərinin idarə olunması, Data mühəndisliyi
həllərinin tətbiqi və şöbənin fəaliyyətinin effektiv təşkilini təmin etmək.
Öhdəliklər
Şöbənin fəaliyyətini təşkil etmək,
iş proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması üzrə təkliflər
hazırlamaq;
Şirkətin məlumatlarının müxtəlif
mənbələrdən toplanması, emalı, inteqrasiyası və saxlanılması proseslərini təşkil
etmək;
Data infrastrukturlarının və məlumat
axınlarının layihələndirilməsini, qurulmasını və təkmilləşdirilməsini təmin etmək;
Məlumatların toplanması və
emalı üçün ETL/ELT proseslərinin hazırlanmasına və düzgün fəaliyyətinə nəzarət
etmək;
Data Warehouse və Data Lake
arxitekturalarının qurulması və inkişaf etdirilməsi istiqamətində işləri təşkil
etmək;
Məlumat bazalarının və məlumat
emalı sistemlərinin fasiləsiz, etibarlı və səmərəli fəaliyyətinə nəzarət etmək;
Böyük həcmli məlumatların emalı
və inteqrasiyası üçün müasir texnologiyaların tətbiqini təmin etmək;
Data mühəndisliyi sahəsində
qabaqcıl texnologiyaların araşdırılması və tətbiqi üzrə təkliflər hazırlamaq;
Şöbənin fəaliyyət istiqamətləri
üzrə texniki tələbləri və parametrləri müəyyənləşdirmək və təsdiq üçün təqdim
etmək;
Məlumatların keyfiyyətinin,
bütövlüyünün və informasiya təhlükəsizliyinin təmin olunmasına nəzarət etmək;
Data mühəndisliyi fəaliyyətini
təmin edən proqram təminatı və avadanlıqların quraşdırılması və fasiləsiz işləməsini
təşkil etmək;
Şöbənin fəaliyyət istiqamətləri
üzrə dövri hesabatlar hazırlamaq;
Şöbə əməkdaşlarının fəaliyyətinə,
təliminə və peşəkar inkişafına nəzarət etmək;
Şirkətin digər struktur bölmələri
ilə effektiv əməkdaşlığı təmin etmək;
Rəhbərlik tərəfindən vəzifə öhdəliklərinə
uyğun verilən digər tapşırıqları yerinə yetirmək.
İş şəraiti və
şirkət tərəfindən təqdim olunan imtiyazlar
nəzərə alınmaqla müsahibə əsasında müəyyən edilir;
08:30–17:30 və ya 09:00–18:00 saatları arasında seçim imkanı;
(məsafədən) işləmək imkanı;
qarşılanması və korporativ nəqliyyat servisindən istifadə imkanı;
olunma;
çıxış imkanı;
təlimlərdə iştirak imkanı;
şirkətin digər korporativ imtiyazlarından yararlanmaq imkanı.
Tələblər
İnformasiya texnologiyaları,
Kompüter elmləri, Proqram mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali təhsil;
Data Engineering sahəsində
minimum 5 il iş təcrübəsi;
Rəhbər vəzifədə və komanda idarəetməsi
üzrə minimum 2 il iş təcrübəsi;
SQL və Python proqramlaşdırma
dilləri üzrə yüksək səviyyədə biliklər;
ETL/ELT proseslərinin qurulması
və idarə olunması üzrə praktiki təcrübə;
Data Warehouse, Data Lake və
Data Modeling üzrə biliklər;
Böyük həcmli məlumatların
emalı, inteqrasiyası və transformasiyası üzrə təcrübə;
Məlumat bazaları və paylanmış məlumat
emalı texnologiyaları üzrə biliklər;
Apache Airflow, Apache Spark,
Apache Kafka və oxşar texnologiyalarla iş təcrübəsi;
AWS, Microsoft Azure və ya
Google Cloud Platform kimi bulud texnologiyaları üzrə biliklər;
Microsoft Fabric
Data infrastrukturlarının layihələndirilməsi,
optimallaşdırılması və idarə olunması bacarığı;
Məlumat təhlükəsizliyi və məlumat
keyfiyyətinin idarə olunması prinsipləri üzrə biliklər;
Texniki problemlərin təhlili və
effektiv həll yollarının müəyyənləşdirilməsi bacarığı;
Skills: SQL, Python, ETL/ELT, Data Warehouse, Data Lake, Data Modeling, Distributed Data Processing, Apache Airflow, Apache Spark, Apache Kafka, Cloud Computing, Microsoft Fabric