- Detalların, boruların və metal konstruksiyaların nəzərdə tutulmuş üsulla (SMAW, GMAW/MIG-MAG, GTAW/TIG və s. ) qaynaq olunması;
- Qaynaq tikişlərin keyfiyyətinə, sıxlığına və standartlara (məsələn, İSO, AWS) uyğunluğuna cavabdehlik daşımaq;
- Qaynaq tikişlərinin təmizlənməsi və vizual yoxlanılması;
- Metal səthlərin, tikiş kənarlarının (beveling) qaynağa hazırlanması, pas və yağdan təmizlənməsi;
- Qaynaq avadanlıqlarının və alətlərin gündəlik texniki baxşını həyat keçirmək və saz halda saxlamaq;
- Elektrodların, tellərin və qazların doğru seçilməsi və saxlanma şəraitinə riayət olunması:
- Qaynaq proseduru spesifikasiyasına (WPS) tam əməl etmək;
- Çertyojları, mexaniki sxemləri və montaj təlimatlarını oxumaq;
- Şəxsi mühafizə vasitələrindən düzgün istifadə etmək;
- Yanğın təhlükəsizliyi, elektrik təhlükəsizliyi və qapalı məkanda iş qaydalarına riayət etmək.
Tələblər
- Təhsil: müvafiq sahə üzrə orta təhsil və ya orta texniki təhsil;
- Təcrübə: müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Təlimlər və sertifikatlar arzuolunandır;
- Yarımavtomat və qaz qaynağını istifadəsini bilməlidir;
- Qaynaq tikişlərində qüsurların növlərini, onların qarşısının alınmasını, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməli;
- Elektrodların növlərini və tikişlərin qoyulmasının texnoloji ardıcıllığını düzgün seçə bilməli;
- Tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli;
- Ölkədaxili ezamiyyət imkanları.
İş şəraiti:
- İş qrafiki: Həftədə 1 gün istirahət (6-cı gün qısa iş günü);
- Ünvan: Azvul MMC (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).
Biz nə təklif edirik:
- Qidalanma şirkət tərəfindən təmin edilir;
- Nəqliyyat şirkət tərəfin təmin edilir;
- Əmək haqqı (Razılaşma yolu ilə);
- Dinamik və gənc komanda ilə iş imkanı.
Skills: SMAW qaynağı, MIG-MAG qaynağı, TIG qaynağı, Qaynaq tikişləri, Qaynaq standartları, WPS, Texniki çertyojlar, Qaynaq avadanlıqları, Qaynaq materialları, Qaynaq qüsurları, Metal hazırlığı, Qaz qaynağı