Texniki ofis rəhbəri

Cronos Construction

Company
Cronos Construction
City
Bakı
Work mode
On-site
Employment
Full-time
Apply by
12.12.2026

"CRONOS Construction" MMC komandasına Texniki ofis rəhbəri vəzifəsi üzrə təcrübəli əməkdaş axtarır.

Tələblər:

  • İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil
  • Tikinti qanunvericiliyi, tikinti norma və qaydaları üzrə biliklər
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi
  • Texniki şöbənin idarə olunması və rəhbərliyi üzrə təcrübə
  • MS Office, Outlook, AutoCAD və Primavera proqramlarında işləmək bacarığı
  • Texniki problemləri müəyyənləşdirmək, təhlil etmək və həll yolları təklif etmək bacarığı
  • Hesabatların hazırlanması və təhlili bacarığı
  • Komanda idarəetməsi və koordinasiya bacarığı

Əsas vəzifə və öhdəliklər:

  • Texniki ofisin fəaliyyətini təşkil və idarə etmək, şöbənin işinə rəhbərlik etmək
  • Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə, tikinti norma və qaydalarına, standartlara və texniki şərtlərə uyğunluğuna nəzarət etmək
  • Layihə-smeta sənədlərinin hazırlanmasını, yoxlanılmasını və icrasını təmin etmək
  • Sifarişçilərdən və subpodratçılardan daxil olan smeta sənədlərini yoxlamaq, onların tərkibi və keyfiyyəti barədə rəy hazırlamaq

The ATS/CRM platform making hiring easier in Azerbaijan.

For candidatesJobsCompaniesRemoteMy Portal

For employersPost a jobPricing

LegalTerms of UsePrivacy Policy

ConnectJoin Telegram

Hiring powered by JobPark

  • Tikinti işlərinin həcmini, material və əlavə xərcləri hesablamaq, görülmüş işlərin uçotunu aparmaq
  • Sahələrdən daxil olan texniki hesabatları yoxlamaq və təhlil etmək
  • Layihələrin icrasına, iş qrafiklərinə və layihə planlarına uyğunluğa nəzarət etmək
  • Layihə sənədləşmə sistemini təşkil və idarə etmək (Çizimlər, NFI, RFI, MA, MS və digər texniki sənədlər)
  • Laboratoriya nəticələrinin, material sertifikatlarının və texniki sənədlərin hazırlanmasını və toplanmasını təşkil etmək
  • Subpodratçılar üçün texniki spesifikasiyaların hazırlanmasını təmin etmək
  • Material sifarişləri və təchizat prosesinə texniki nəzarət etmək
  • Mühəndislik və tikinti qrupları arasında koordinasiyanı təmin etmək
  • Müqavilələr üzrə texniki öhdəliklərin icrasına nəzarət etmək
  • Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini təşkil etmək
  • Tikinti-quraşdırma işlərinin keyfiyyətinə nəzarət prosesində iştirak etmək
  • Təhvil-təslim prosedurlarını təşkil etmək və müvafiq sənədləri hazırlamaq
  • Şöbənin aylıq fəaliyyəti və görülmüş işlər barədə şirkət rəhbərliyinə hesabat təqdim etmək

İş şəraiti:

  • İş rejimi: 5 günlük, 09:00–18:00
  • Əmək haqqı: Müsahibə əsasında
  • Rəsmi əmək müqaviləsi
  • Nahar şirkət tərəfindən təmin olunur

Tələblərə uyğun namizədlər CV-lərini elektron poçtun mövzu hissəsində "Texniki ofis rəhbəri" qeyd etməklə göndərə bilərlər.

Skills: İnşaat mühəndisliyi, Tikinti qanunvericiliyi, Tikinti norma və qaydaları, Texniki şöbə idarəetməsi, MS Office, Outlook, AutoCAD, Primavera, Hesabat təhlili, Layihə-smeta sənədləri, Texniki sənədləşmə, Keyfiyyətə nəzarət