Baş mütəxəssis – Katiblik

Azərsilah Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyəti

Company
Azərsilah Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyəti
City
Bakı
Work mode
On-site
Employment
Full-time
Apply by
13.12.2026

ƏMƏK FUNKSİYASI:

  • Cəmiyyətdə kargüzarlıq işinin müvafiq qaydalar əsasında həyata keçirilməsində iştirak etmək;
  • Cəmiyyətdə sənədlərin icra müddətinə nəzarət etmək, tapşırıqların icrası barədə təhlil aparmaq, hesabatlar hazırlamaq və bu barədə şöbə müdirinə mütəmadi olaraq məlumatlar təqdim etmək;
  • Şöbənin səlahiyyətlərinə daxil olan məsələlər üzrə hökumət və qeyri-hökumət təşkilatları ilə danışıqların, sorğuların müvafiq qaydada aparılmasının təşkil edilməsində iştirak etmək;
  • Sənədlərin hazırlanması, tərtib edilməsi və idarə olunmasında iştirak etmək;
  • Məktubların düzgün tərtibi, məzmunun aydın ifadə edilməsi və üslubuna nəzarət etmək;
  • Cəmiyyətdə kargüzarlıq işini müvafiq qaydalar əsasında həyata keçirilməsində iştirak etmək;
  • Verilmiş əmr və sərəncamların vaxtında rəsmiləşdirilməsinin, artırılmasının və lazımi ünvanlara çatdırılmasının təşkil olunmasında iştirak etmək.

Tələblər

VƏZİFƏ TƏLƏBLƏRİ:

Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzuolunandır)

İş təcrübəsi (minimum): Müvafiq sahədə minimum 3 il ümumi iş təcrübəsi

Dil bilikləri: Azərbaycan dili, İngilis dili (Rus dili arzuolunandır)

Kompüter bilikləri: Microsoft office proqramları (Elektron sənəd dövriyyəsi - ESD)

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİLİKLƏR:

Məsuliyyət, əməkdaşlıq, çeviklik, kreativlik, analitik düşüncə, araşdırma bacarığı, problem həll etmə bacarığı, detallara diqqət, komandada işləmək bacarığı.

Skills: Kargüzarlıq, Sənəd dövriyyəsi, Hesabat hazırlama, Microsoft Office, Elektron sənəd dövriyyəsi, Azərbaycan dili, İngilis dili, Rus dili