Əsas vəzifələr:
- Sifarişçinin tələblərini və üslub seçimlərini müəyyənləşdirmək
- Obyektə baxış keçirmək, ölçüləri dəqiqləşdirmək və mövcud texniki məhdudiyyətləri nəzərə almaq
- Memarlıq-planlaşdırma həlləri, eskizlər, konseptlər və funksional zonalaşdırma planları hazırlamaq
- İnteryer və eksteryer üzrə 3D modellər və fotorealistik vizualizasiyalar hazırlamaq
- İşçi çertyojları, texniki düyünləri, material və avadanlıq spesifikasiyalarını tərtib etmək
- Material, rəng, tekstura, mebel və işıqlandırma həllərini seçmək
- Memarlıq həllərini konstruksiya, elektrik, mexanika, su-kanalizasiya və havalandırma bölmələri ilə uzlaşdırmaq
- Layihənin büdcələndirilməsi üçün material siyahılarını hazırlamaq və alternativləri qiymət-keyfiyyət baxımından qiymətləndirmək
- Sifarişçi ilə layihə həllərini razılaşdırmaq və təsdiqlənmiş dəyişiklikləri layihəyə daxil etmək
- Tikinti və quraşdırma mərhələsində müəllif nəzarətində iştirak etmək, aşkar edilmiş uyğunsuzluqlarla bağlı düzəlişlər təklif etmək
Tələblər:
- AutoCAD və ya ArchiCAD proqramlarında işləmək bacarığı
- 3D modelləşdirmə proqramlarından (3ds Max, Revit, Blender və ya SketchUp) birində yüksək səviyyədə bilik
The ATS/CRM platform making hiring easier in Azerbaijan.
For candidatesJobsCompaniesRemoteMy Portal
For employersPost a jobPricing
LegalTerms of UsePrivacy Policy
ConnectJoin Telegram
Hiring powered by JobPark
- Corona Renderer və ya V-Ray kimi render mühərrikləri ilə işləmək bacarığı
- Lumion, Twinmotion və ya Unreal Engine proqramlarında vizualizasiya təcrübəsi
- Adobe Photoshop proqramında işləmək bacarığı
- Memarlıq çertyojlarını, planları, kəsikləri və fasadları oxumaq bacarığı
- Tikinti materialları, teksturalar, işıqlandırma və konstruktiv həllər haqqında biliklər
- İş proseslərinin optimallaşdırılması üçün süni intellekt alətlərindən istifadə bacarığı
- Komandada işləmək, texniki məsələləri koordinasiya etmək və vaxtı düzgün idarə etmək bacarığı
Şəxsi keyfiyyətlər:
- Detallara qarşı yüksək diqqət
- Analitik və yaradıcı düşüncə
- Məsuliyyətlilik və dəqiqlik
- Komanda ilə effektiv ünsiyyət qurmaq bacarığı
- Tapşırıqları müəyyən edilmiş müddətdə yerinə yetirmək bacarığı
Müraciət qaydası:
- CV və portfolio nümunələrini [email protected] elektron poçt ünvanına göndərmək
Skills: AutoCAD, ArchiCAD, 3ds Max, Revit, Blender, SketchUp, Corona Renderer, V-Ray, Lumion, Twinmotion, Unreal Engine, Adobe Photoshop