Getmə Turizm üzrə Menecer (Outgoing Manager)

Aristokrat Travel Azerbaijan

Company
Aristokrat Travel Azerbaijan
City
Bakı
Work mode
On-site
Employment
Full-time
Apply by
16.12.2026

Aristokrat Travel 12 ildən artıqdır turizm sahəsində fəaliyyət göstərir. Dünyanın bir çox ölkəsində B2B şəbəkəmiz və beynəlxalq tərəfdaşlarımız var. Komandamızı genişləndiririk və işini sevən, nəticə yönümlü, təcrübəli Outgoing Menecer axtarırıq.

Əsas tələb:

  • Getmə turizm (outgoing) meneceri vəzifəsində ən azı 3 il iş təcrübəsi

Diqqət: Yalnız outgoing menecer kimi qazanılmış təcrübə nəzərə alınır. Gəlmə turizm (incoming), otel, rezervasiya və ya digər turizm sahələrindəki təcrübə bu tələbə aid deyil.

Sizdən gözləntilərimiz:

  • Tur paketlərinin, otel, aviabilet, transfer və sanatoriya satışının müstəqil aparılması
  • Viza prosedurları üzrə bilik və dəstək
  • Turizm platformaları və rezervasiya sistemləri ilə sərbəst işləmək
  • Müştərilərlə peşəkar və səmimi ünsiyyət
  • Sosial media ilə işləmə bacarığı

Bizdən sizə:

  • Yüksək əmək haqqı + satışdan faiz
  • Bakının mərkəzində rahat ofis
  • Beynəlxalq tərəfdaşlarla iş təcrübəsi
  • Real karyera yüksəlişi
  • Bir-birini dəstəkləyən peşəkar komanda

Vacib qeyd: Bu elan yalnız ən azı 3 illik outgoing menecer təcrübəsi olan namizədlər üçündür. Bu tələbə uyğun olmayan CV-lər nəzərdən keçirilməyəcək. Vaxtınıza hörmət edərək bunu əvvəlcədən bildiririk

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə +994703064499

Skills: Outgoing turizm, Tur paketləri, Otel satışı, Aviabilet satışı, Transfer satışı, Sanatoriya satışı, Viza prosedurları, Turizm platformaları, Rezervasiya sistemləri, Sosial media, Satış