Satış Məsləhətçisi

JYSK

Company
JYSK
City
Bakı
Work mode
On-site
Employment
Full-time
Salary
800–1300 AZN
Apply by
16.12.2026

Maaş: 800-1300

İnsanlarla ünsiyyət qurmağı sevirsiniz, satış sahəsində təcrübəniz var və beynəlxalq şirkətdə karyera qurmaq istəyirsiniz? JYSK sizi komandamıza qoşulmağa dəvət edir!

İş qrafiki: növbəli, 6 günlük iş həftəsi

Vəzifə öhdəlikləri:

  • Müştərilərə məhsul seçimi üzrə peşəkar məsləhət vermək və satışları həyata keçirmək
  • Yüksək səviyyədə müştəri xidməti göstərmək
  • Məhsulların VM və planogram standartlarına uyğun şəkildə yerləşdirilməsini təmin etmək
  • Kassa əməliyyatlarını həyata keçirmək
  • Malların qəbulu, hazırlanması və inventarizasiya prosesində iştirak etmək
  • JYSK standartlarına riayət etmək və komanda nəticələrinə töhfə vermək

Tələblər:

  • Satış sahəsində minimum 1 il iş təcrübəsi
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı
  • Yüksək ünsiyyət və müştəriyönümlülük
  • Məsuliyyətlilik, enerjililik və pozitiv yanaşma
  • Komandada işləmək və inkişaf etmək istəyi

Şirkət nə təklif edir:

  • Rəsmi əmək müqaviləsi
  • 800–1300 AZN əmək haqqı
  • Davamlı təlim və inkişaf proqramları
  • Beynəlxalq şirkətdə karyera yüksəlişi imkanları
  • Müasir və rahat iş mühiti
  • Peşəkar və mehriban komanda

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Satış Məsləhətçisi” qeyd etməyiniz xahiş olunur.

Skills: Satış, Müştəri xidməti, Kassa əməliyyatları, İnventarizasiya, Planogram, Azərbaycan dili, Rus dili