Backend (Java) proqramlaşdırma üzrə Aparıcı Mütəxəssis

Golden Pay

Company
Golden Pay
City
Bakı
Work mode
On-site
Employment
Full-time
Apply by
30.11.2026

Tələblər:

  • Proqram təminatının hazırlanması üzrə 3 il
  • İnformasiya Texnologiyaları sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır
  • Bir və ya bir neçə proqramlaşdırma dilləri üzrə biliklər (məsələn, Java, Python, C#, JavaScript və s)
  • Proqram təminatının dizayn prinsipləri, mikroservislər arxitekturası və paylanmış sistemlər haqqında güclü anlayış
  • Konteynerləşdirmə texnologiyaları (Docker, Kubernetes) ilə təcrübə
  • Verilənlər bazaları (SQL, NoSQL) və məlumatların saxlanması texnologiyaları ilə tanışlıq
  • MS Office proqramlarını yaxşı bilmək
  • Azərbaycan və İngilis dillərini yaxşı bilmək, Rus dili üstünlükdür
  • Problem həll etmə və analitik düşüncə

Vəzifə öhdəlikləri:

  • Layihələr üzrə kodların nəzərdən keçirilməsini təmin etmək, pull request-ləri yoxlamaq, layihə dizaynını nəzarətdə saxlamaq
  • Mövcud pluginlərin dəstəklənməsində, yeni pluginlərin yaradılmasında qərarverici kimi iştirak etmək, bu işlərə nəzarət etmək, yaranan texniki problemlərin həllinə dəstək vermək və yazılan pluginlərin düzgün arxitektural strukturda olmasına nəzarət etmək
  • Arxitektura ilə bağlı qərarlar vermək, ən yaxşı təcrübələr əsasında təkliflərlə çıxış etmək
  • Layihələr üzrə sənədləşdirmə işlərinin aparılmasında iştirak etmək
  • Proqramçılar üçün müxtəlif qaydalar və təlimatların yaradılmasında birbaşa iştirak etmək
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasını təmin etmək
  • İcra etdiyi işlərlə bağlı birbaşa rəhbərinə hesabat vermək

İş qrafiki:

  • Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək

Skills: Java, Python, C#, JavaScript, Mikroservis arxitekturası, Paylanmış sistemlər, Docker, Kubernetes, SQL, NoSQL, MS Office, İngilis dili