Sementləmə aqreqatı üzrə operator (cementing unit)

Modern Engineering Bureau of Azerbaijan

Company
Modern Engineering Bureau of Azerbaijan
City
Bakı
Work mode
On-site
Employment
Full-time
Apply by
16.12.2026

Vəzifə öhdəlikləri:

  • Quyuların əsaslı təmiri (Workover) əməliyyatları zamanı nasos qurğularının idarə olunmasını təmin etmək
  • Nasos avadanlıqlarının işə salınması, istismarı və dayandırılması proseslərini həyata keçirmək
  • Nasosların təzyiq, sərfiyyat və digər texniki göstəricilərinə nəzarət etmək
  • Quyuya maye vurulması, dövriyyə, yuyulma və təzyiqə nəzarət əməliyyatlarında iştirak etmək
  • Nasos qurğularının texniki vəziyyətini yoxlamaq, nasazlıqları müəyyən etmək və aidiyyəti şəxslərə məlumat vermək
  • Avadanlıqların gündəlik texniki baxışını həyata keçirmək və texniki xidmət işlərində iştirak etmək
  • Nasos əməliyyatları üzrə müvafiq qeydləri aparmaq və hesabatlar hazırlamaq
  • Əməliyyatlar zamanı SƏTƏM və texniki təhlükəsizlik tələblərinə riayət etmək

Namizədə tələblər:

  • Orta ixtisas və ya müvafiq texniki-peşə təhsili
  • Neft-qaz sahəsində nasos qurğularının operatoru kimi minimum 3 il iş təcrübəsi
  • Quyuların əsaslı təmiri (Workover) əməliyyatları üzrə təcrübə
  • Yüksək təzyiqli nasos avadanlıqlarının iş prinsipləri və istismar qaydaları üzrə biliklər
  • Quyu yuyulması, sirkulyasiya və maye vurulması əməliyyatları haqqında biliklər
  • Texniki təhlükəsizlik və SƏTƏM qaydaları üzrə biliklər
  • Komandada işləmək və növbəli iş rejiminə uyğunlaşmaq bacarığı

Skills: Nasos qurğuları, Workover, Yüksək təzyiqli nasoslar, Quyu yuyulması, Sirkulyasiya, Maye vurulması, Texniki təhlükəsizlik, SƏTƏM, Texniki xidmət, Texniki hesabatlar